“Forbes”-in siyahısındakı azərbaycanlı: 16 milyard dollarlıq sərvət

“Forbes”-in siyahısındakı azərbaycanlı: 16 milyard dollarlıq sərvət
"Forbes Russia" 15-ci dəfə Rusiyanın ən zəngin iş adamlarının reytinqini açıqlayıb.

Sfera.az bildirir ki, 2017-ci il ərzində 200 rusiyalı biznesmenin sərvəti 25 mlrd. dollar artaraq 485 mlrd. dollara çatıb.

Ümumilikdə, rusiyalı milyarderlərin sayı 96-dan 106-ya yüksəlib.

Təhlil göstərir ki, 2016-cı ildə olduğu kimi ötən il ərzində də ən çox metallurgiya sahəsində fəaliyyət göstərən iş adamları varlanıb. Bu dəfə reytinqə Novolipetsk metallurgiya kombinatının sahibi Vladimir Lisinin başçılıq edir. Onun sərvəti 19,1 mlrd. dollara çatıb. "Severstal"ın sahibi Aleksey Mordaşov isə 18,7 mlrd. dolarla ikinci pillədə qərarlaşıb.

Bundan əvvəlki reytinqdə lider olan "Novatek" və "Sibur" şirkətlərinin həmtəsisçisi Leonid Mixelsonun sərəti 400 mln. dollar azalıb. Bununla da L. Mixelsonun 18 mlrd. dollarlıq sərvətlə reytinqin 3-cü pilləsinə yiyələnib. 2016-cı ilin yekunlarına əsasən 14,5 mlrd. dollarlıq sərvətlə 5-ci pillədə yer alan həmyerlimiz "Lukoil" neft-qaz şirkətinin rəhbəri Vahid Ələkbərov 2017-ci ildə sərvətini 16,4 mlrd. dollara çatdıraraq 4-cü pilləyə yüksəlib. Qeyd edək ki, Ələkbərov həm "Lukoil" şirkətinin prezidenti, həm də səhmdarıdır (23%). İl ərzində sərvətini artıra bilməyən Gennadi Timçenko reytinqin 5-ci pilləsindədir. Qeyd edək ki, Mixelson kimi Timçenko da "Sibur" neft-kimya kompleksinin səhmdarıdır.

Vahid Ələkbərovla yanaşı digər həmyerlilərimiz də həmişə olduğu kimi reytinqdə yer alıblar. Belə ki, Rusiyanın "daşınmaz əmlak kralları”ndan hesab olunan Zarax İliyev və Qod Nisanov 3,3 mlrd. dollarla 36 və 37-ci pillələri paylaşıb. "Crocus Group" şirkətlər qrupunun təsisçisi və rəhbəri Araz Ağalarov 2017-ci ildə sərvətini 1,8 mlrd. dollara çatdıraraq 54-cü pillədə yer alıb. Fərhad Əhmədovun sərvəti isə dəyişməyib. Bununla o, 1,4 mlrd. dollarlıq sərvətlə 67-ci pillədən 69-cu pilləyədək geriləyib.(Apa)

OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...