Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm, oğul” - VİDEO

Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm, oğul” - VİDEO
Xalq artisti Flora Kərimova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, ARB-də yayımlanan "Elgizlə izlə” verilişinin qonağı olan ifaçı ölkə başçısına təşəkkür edib.

Ali Baş Komandana hərbi salam verərək çıxışına başlayan Flora Kərimova bildirib ki, dövlət başçısı bu diqqəti onun əsgərinə verib:

"Dövlət başçımız millətimi, xalqımı sevindirdi. Ali Baş Komandan bu diqqəti onun əsgərinə verdi. Adətən məni sənətkar kimi tərifləyəndə, deyirəm, sənətkarı tərifləməzlər. O istedadı Allah verir. Ancaq istedada qiymət verməyə ürək lazımdır. Biz naxışlı millətik. Naxışlı millətik ki, bizim siz varsınız. Mən düşünürdüm ki, bu dünyadan Şuşanı görmədən gedəcəm. Siz mənə arxayınlıq bağışladınız. Bu gün anamın ruhunu təbrik etdim. Məni anamın yanında xəcalətli qoymadınız. Ancaq valideyn itirən övlad bilər mənim yanğımı. Birinci sözüm o oldu ki, ana, bağışla, bu günə qədər olan sevinclərimi sənsiz yaşayıram. İndi hamınızın qarşısında deyirəm:  Analar, bağışlayın ki, bu torpaq sizi övladsız qoydu, torpağı sizə ərmağan elədi. Çünki ən böyük oğlunuz, ağlı, savadı, iradəsi ilə bu millətin qarşısında gedirdi. Mən sizi sevirəm, oğul! Çox fəxr edirəm ki, mənim, xalqımın sizin kimi oğlu var!”

Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Kərimovaya Prezidentin fərdi təqaüdü də verilib.
 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...