Flora Kərimova: “Mən Zeynəb Xanlarovanı nə müğənni, nə də millət vəkili sayıram”

Flora Kərimova: “Mən Zeynəb Xanlarovanı nə müğənni, nə də millət vəkili sayıram”
"Mənim efirdən uzaqlaşdırılmağıma səbəb Zeynəb Xanlarova olub”.
 

Bunu 2 ildən sonra efir qadağası aradan qaldırılan xalq artisti Flora Kərimova Sfera.az-a açıqlamasında deyib. 
 

Xalq artisti qadağa ləğv olunan kimi efirlərə geri qayıtdığını bildirib: 
 
"Öz ənənəsinə sadiq olaraq məni ilk dəfə televiziyaya ATV telekanalı çağırdı. İlk qonağı olduğum veriliş "Onlar” oldu. "Ondan sonra” verilişinə də qonaq oldum. Bəli, mənə efir qadağasının qoyulmasına səbəb Zeynəb Xanlarova olub. Mən onu nə müğənni sayıram, nə də milləti təmsil edən millət vəkili sayıram. Mən yenə soruşuram o savadsızlığı ilə necə olur ki, gündə bir rəy söyləyir və hələ də öz işinə davam edir? Savadı olmayan, siyasətdən başı çıxmayan bir adam indiyə kimi millət vəkilidir. O, özündən başqa heç kimi düşünmür. Mən həmişə həqiqəti deyirəm və bundan çəkinmirəm. Onun milli məclisdə heç bir işi yoxdur, savadsızdır. Mən düşünürəm ki, millətim savadsız siyasətçiləri siyasətdən uzaqlaşdıracaq. Mən istəmirəm ki, mənim millətim savadsız millət vəkilləri ilə biabır olsun. Mən artıq bu savadsızlardan yorulmuşam. Demək istəyirəm ki, ayağını yorğanına görə uzatsın, yoxsa ayağı yorğandan bayırda qalar”.

Nihat Hüseynzadə

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...