Firuzə İbadovadan dünyasını dəyişən millət vəkilinə: \"Kaş sağlığında məndən halallıq alardı\"

Firuzə İbadovadan dünyasını dəyişən millət vəkilinə: \
"Bu xəbəri eşidəndə çox pis oldum”.

Sfera.az SHOWNEWS.AZ-a istinadla xəbər verir ki, bunu əməkdar artist Firuzə İbadova millət vəkili, mərhum Astan Şahverdiyevin ölümündən danışarkən deyib. Aznews.az-a danışan müğənni dünyasını dəyişən deputata halallıq verdiyini bildirdi:

"Allah o dünyasını versin, günahlarından keçsin. Dünya malı dünyada qalacaq. Amma halallıq çox yaxşı şeydir. Kaş sağlığında məndən halallıq alaydı. Amma yenə də Astan Şahverdiyevə halallıq verirəm. Allah ona rəhmət eləsin. Həyatdır, gərək elə yaşayasan ki, hamı sənə öləndən sonra rəhmət söyləsin. Mən müsəlmanam, ona görə də düşünürəm ki, axirət çox çətin olacaq. Mən də ürəyi rəhimli, mərhəmətli insanam. Heç kimin malına da yan baxmamışam. Torpaq, var dövlət bu dünyada qalır. Gərək heç kimin malını yemiyəsən, ona sahib çıxmağa can atmayasan... Astan Şahverdiyevin ailəsinə başsağlığı verirəm".

Qeyd edək ki, əməkdar artist Firuzə İbadova bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, millət vəkili Astan Şahverdiyev, onun 11 sotdan çox torpağını mənimsəyib. Müğənni bununla bağlı məhkəməyə müraciət etsə də deputat tərəfindən ələ keçirilən torpaq sahəsini geri qaytara bilməmişdi.

OXŞAR XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...