Film kimi hadisə: 6 aydır 30 dərəcə şaxtada sahibini gözləyir
08:59 / 27.12.2018
2569
Rusiyanın Novosibirsk şəhərindəki Mametkino kəndində baş verən hadisə hər kəsi göz yaşlarına qərq edib.
Sfera.az xəbər verir ki, olduqca soyuq olmasına baxmayaraq yol kənarında bir it 6 aydır ki, öz sahibini gözləyir. Yerli kənd sakinlərinin sözlərinə görə itin sahibi olan İrina adlı qadın vəfat etsə də it yenə onu bu soyuqda gözləyir. Bir qrup könüllü iti himayəyə götürüblər.
Dünyada belə hadisələr baş verib. Bir vaxtlar Tokioda, professor. Hideaburo Uenonun iti Hachiko, metro qapısında öz sahibini 9 il gözləyib orada öldü. Hachiko haqqında film çəkildi və metro qarşısına heykəli qoyuldu.