Fikrət Qoca nəvəsindən danışdı: \"Bu, hamımızın sevincidir\"

Fikrət Qoca nəvəsindən danışdı: \
Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olub. Gənc zabit 10 ildən çoxdur ABŞ-da yaşayır. O, Fikrət Qocanın qızı Günay Qocayevanın oğludur.

Xalq şairi Fikrət Qoca nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olması barədə sevincini Sfera.az-la bölüşüb:

"Hazırda Amerikadayam. Avqustun 12-si nəvəmin ad günüdür. Ad gününü qeyd edib yenidən Bakıya qayıdacağam. Hər birinizə təşəkkür edirəm. Sevincimin həddi-hüdudu yoxdur. Nəvəm bizlərə xidmət edəcək. Bu, hamımızın sevincidir". 

Qeyd edək ki, xalq şairinin qızı G.Qocayeva 2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. O, Bakı şəhərində dünyaya gəlib, orta məktəbi bitirdikdən sonra BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb, 1993-cü ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdirəsi vəzifələrində çalışıb. Ailəlidir…
Pərvizin atası - Günay Qocayevanın həyat yoldaşı Corc milliyətcə ingilisdir. Amma islam dinini qəbul eləyib, az da olsa Azərbaycanca danışa bilir.
ABŞ Silahlı Qüvvələrinin gənc zabit Pərviz 21 yaşındadır, o, ABŞ-da ingilis dilində təhsil alıb.
 
Azər Salam
Sfera.az

OXŞAR XƏBƏRLƏR