FİFA dörd klubu cəzalandırdı

FİFA dörd klubu cəzalandırdı
FİFA dörd klubu cəzalandırıb.
 
Sfera.az bildirir ki, saytının məlumatına görə, qurumun İntizam Komitəsi Portuqaliyanın "Benfika” və "Sportinq”, İspaniyanın "Selta”, Qətərin "Əl-Ərəbi” klublarını cərimələyib.

Buna komandaların transfer reqlamentini pozması səbəb olub. "Benfika” 150, "Sportinq” 110, "Selta” 65 min İsveçrə frankı ödəməlidi.

Məsələ ondadı ki, klubların bəzi oyunçularla müqavilələrində üçüncü şəxslərin onların işinə və müstəqilliyinə müdaxilə etmək şərti var. Transfer qaydalarını pozan Qətər təmsilçisi 187,5 min frank cəriməyə məruz qalıb.(Apa)

OXŞAR XƏBƏRLƏR