FHN: "Türkiyəyə yardım üçün 2 helikopter hazır vəziyyətdədir
Cəmiyyət
18:33 / 30.07.2021
1258
"İki yanğınsöndürən helikopterimiz hazırdır. Əgər tapşırıq olarsa, onları da göndərməyə hazırıq".
Sfera.az xəbər verir ki, bu fikirləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
"Əgər yanğınsöndürən maşınlara da ehtiyac olarsa, 50-dən çox yanğınsöndürən maşın da göndərə bilərik", - o qeyd edib.