FHN Türkiyədəki azərbaycanlı jurnalistlərə müraciət etdi
22:39 / 31.07.2021
3722
"Mənə indicə məlumat verildi ki, bizim azərbaycanlı jurnalistlər yanğın yerində bizim əməkdaşlarla birlikdə reportajlar hazırlayırlar".
Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
"Buradan gedən və orada olan jurnalistlərimizdən xahiş edirik ki, yanğının və tüstünün gur olan yerlərinə doğru hərəkət etməsinlər. Bu, onların həyatı üçün çox təhlükəlidir" - deyə nazir müavini bildirib.
(Report)