FHN-lə BNA arasında qalmaqal - Yanğın olub?

FHN-lə BNA arasında qalmaqal - Yanğın olub?
Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Bakınan mərkəzində iki avtobus toqquşub.

FHN-in yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhərinin Nəsimi rayonunda "İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bunun ardınca Bakı Nəqliyyat Agentliyi rəsmi açıqlama yaydı. Açıqlamada qeyd olunurdu ki, bu gün "BakuBus” MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saat 6 radələrində avtobuslar Yasamal rayonu istiqamətində başlanğıc dayanacağa gedərkən Nəsimi rayonu Ü.Hacıbəyov küçəsində qeydə alınıb. Hadisə zamanı avtobuslarda sərnişin olmayıb, sürücülər isə xəsarət almayıb. Ehtiyyat tədbiri üçün hadisə yerinə ərazi üzrə Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissəsinin briqadası gəlsə də, hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb. 

Qurumun açıqlamasında daha sonra qeyd olunur: "Bildiririk ki, "İveco” markalı sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və mövcud hadisənin təhrif olunmasıdır.Bunu nəzərə alaraq KİV-dən bu xarakterli məlumatlar hazırlayan zaman Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlamalarını xahiş edirik”.

BNA-nın bu açıqlamasının ardınca FHN-dən daha bir reaksiya gəlib. Qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı "Report”a açıqlamasında deyib ki, sərnişin avtobusunda yanğın hadisəsinin qeydə alınması dəqiqdir: "FHN-nin saytında dərc olunan operativ məlumatları təsdiq və ya təkzib etməyi lüzumsuz görürəm. Ona görə ki, dərc olunan bütün informasiyalar konkret olaraq reallığı tam şəkildə əks etdirir. FHN-in saytında yayımlanan məlumatları dəqiqləşdirmək lüzumsuzdur”.

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...