FHN: "EuroHome”da yanğını söndürmək üçün 3 helikopter cəlb olunub - VİDEO/FOTOLENT - YENİLƏNİB

FHN:
Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.
Bu barədə APA -ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Əlavə məlumat veriləcək.
09:38
"Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Çağırış 3 elan olunub”.
Bu barədə APA -ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
09:02
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
08:32
Bakıda səhər saatlarında ticarət obyektlərindən birində yanğın başlayıb.
APA xəbər verir ki, hadisə Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə yerləşən "Eurohome” Ticarət Mərkəzində qeydə alınıb.
Qeyd edək ki, sözügedən ticarət mərkəzində əsasən inşaat materialları satılır.


XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031