FHN-dən yanan universitetlə bağlı - Açıqlama

FHN-dən yanan universitetlə bağlı - Açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) Kooperasiya Universitetindəki yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.

Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR