FHN-dən “Azneft” meydanında yanan bina ilə bağlı açıqlama(VİDEO/YENİLƏNİB)

FHN-dən “Azneft” meydanında yanan bina ilə bağlı açıqlama(VİDEO/YENİLƏNİB)

 Səhər saatlarında "Azneft" meydanı tərəfdə yaşayış binasında baş verən yanğın lokallaşdırılıb.

Sfera.az bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, yanğın yaşayış binasının damında başlayıb.

Hadisə ilə bağlı bina sakinlərinin təxliyyə edilmədiyi və yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilib.

**** 
Bakıda yaşayış binasında yanğın başlayıb.

Sfera.az Oxu.Az-a istinadən məlumatına görə, hadisə Səbail rayonunda, "Azneft” meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata əsasən, binanın sakinləri təxliyyə olunur.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR