FHN BP-dəki yanğınla bağlı məlumat yaydı

FHN BP-dəki yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi BP-nin ofisi yerləşən binada baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Sfera.az-a verilən məlumata görə, Bakının Səbail rayonunda 16 mərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompüter avadanlığı yanıb. Otaq və digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR