FHN Bakıda ağırçəkili şəxsi təxliyə etdi
12:10 / 13.07.2019
3117
Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri ağırçəkili sakini mənzildən çıxarmağa kömək ediblər.
Sfera.az FHN-in saytına istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub.
Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.