Feysbuk bu istifadəçilərə 17500 dollar verməlidir – ƏGƏR…

Feysbuk bu istifadəçilərə 17500 dollar verməlidir – ƏGƏR…
Əgər hər hansı istifadəçinin şəxsi məlumatları Feysbuk vasitəsi ilə ələ keçirilib və onlardan istifadə olunubsa, o zaman zərərçəkənlər 17500 dollar kompensasiya ala biləcək.

Sfera.az "Yenicag.az"a istinadən bildirir ki, bu barədə "FB News Post” məlumat yayıb. Bu qərar "Cambridge Analytica” qalmaqalından sonra bir sıra hüquqşünasın iştirakı ilə verilib.

Məlum olduğu kimi, "Cambridge Analytica” adlı şirkət feysbukda 50 milyon insan haqqında məlumatlardan istifadə edib, bundan seçki kampaniyalarında öz məqsədləri üçün istifadə edirmiş.

Hüquq professoru Morin Meppin fikrincə, qalmaqal Feysbuka 875 milyard dollara başa gələ bilər – bu, şirkətin ümumi dəyərindən 2 dəfə çoxdur.

Belə ki şirkət 465 milyard dollar dəyərində qiymətləndirilir.

Morin Mepp qeyd edib ki, məlumatların sızdırılması səbəbindən istifadəçiyə dəyən mənəvi zərərə görə hər kəs şirkətdən 17500 dollar kompensasiya tələb edə bilər.

Lakin, ehtimal ki, belə istifadəçilər yalnız 700 dollarla kifayətlənməli olacaqlar.

Bunu jurnalistlərə açıqlamasında məlumatların müdafiəsində ixtisaslaşmış, "Slater and Gordon” şirkətinin hüquqşünası Devid Bard bildirib.

"Kompensasiyanın məbləği oğurlanaraq daşınmış məlumatların miqyasından asılı olaraq dəyişə bilər. Bu halda Feysbuk hər zərər çəkən istifadəçiyə yalnız 700 dollar ödəməklə canını qurtara bilər”, – deyə o, qeyd edib.

Səhmlərin məzənnəsinin düşdüyünü anlayan Feysbukun rəhbəri Mark Zukerberq öz səhifəsində bütün səhvləri düzəltməyə və uzunmüddətli perspektivdə ən yaxşı xidmət göstərməyə söz verib:

"Biz sizin məlumatlarınızın məxfiliyi üçün məsuliyyət daşıyırıq. Əgər bu bizə müvəffəq olmursa, deməli biz sizə ləyaqətlə xidmət etmirik.

Mən nə baş verdiyini anlamaq üçün bunun üzərində işləyirəm. Yaxşı bir xəbərim var ki, bundan sonra belə halların təkrar olmaması üçün ilk adımlar artıq atılıb. Feysbuku mən yaratmışam, deməli burada baş verən hər şeyə görə məsuliyyət daşıyıram. Və istifadəçilərimizin məlumatlarının qorunması üçün əlimdən gələni edəcəyəm.

Əlbəttə, bütün problemlərin aradan qaldırılmasına vaxt lazımdır, amma söz verirəm ki, biz bunun öhdəsindən gələcəyik və məxfiliyi qoruya biləcəyik”, – deyə o, fikrini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...