Fəttah Heydərov: \"Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi...\" - Açıqlama

Fəttah Heydərov: \
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür. 

Bu günün özəlliyi ilə bağlı Sfera.az-a fikirlərini bölüşən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov söyləyib ki, Qurtuluş Günü Azərbaycan xalqının tarixində ən əhəmiyyətli günlərdən biridir.

Millət vəkili qeyd etdi ki, bu günlə bağlı çox söz demək olar:

"Çünki bu gün Azərbaycanın müstəqillik olub-olmamasınının həll olunduğu gün idi. Əgər Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəlməsəydi, Azərbaycana rəhbərlik etməsəydi, hərc-mərcliyi aradan qaldırmasaydı və qarşıdurmaları səngitməsəydi, bizim müstəqilliyimiz çox gərgin vəziyyətə düşərdi. Azərbaycan bir dövlət kimi dövlətlər arasında tanınmazdı. Bu gün müstəqilliyimizin başlanğıc günlərindən biridir. Müstəqilliyimiz 1992-ci ildə rəsmi qaydada elan edilsə də, böyük təhlükə qarşısında idi. Hesab edirəm ki, müstəqilliyimizin doğum gününü Qurtuluş Günü ilə qeyd etmək lazımdır. Heydər Əliyev müstəqil Azərbaycanımızın əbədiyyətə qədər davam etməsi, dünya dövlətləri arasında tanınması üçün böyük işlər görüb. O həmişə vardır, yaşayır və nə qədər ki, Azərbaycan var, Ulu Öndər də onunla bərabər yaşayacaq".

Gülnarə Eynullaqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...