Fəttah Heydərov: \"Bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük bir vasitəçilik yaradacaq\"- ÖZƏL

Fəttah Heydərov: \

"Azərbaycan artıq dünyaya nümunədir.  IV İslam Həmrəliyi Oyunları tariximizin ən şanlı səhifələrindən biridir”.


Bu sözləri Sfera.az-a ölkəmizdə keçirilən IV İslam Həmrəliyi Oyunları ilə bağlı fikirlərini bölüşərkən Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib.


Millət vəkilinin sözlərinə görə, Azərbaycanın seçilməsi heç də təsadüfi deyil:


"Ulu Öndər Heydər Əliyevin qoyduğu yol hələ də davam etdirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən yarış, ölkəmizə olan böyük etimadın nəticəsidir. Bu, dünyada sülhün bərqərar olmasına tövhə olacaq. Hətta Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük bir vasitəçilik yaradacaq. Çünki bütün dövlətlər tərəfindən nümunəvi ölkə kimi tanınırıq. Azərbaycan yeni təşəbbüsləri ilə artıq dünyanın diqqət mərkəzindədir. Bu oyunlar həm qalib, həm də məğlub olanlar üçün böyük şansdır. İstərdim ki, dünyada kimin güclü və ya gücsüz olması yalnız bu cür yarışmalarla göstərilsin. Müharibələrə son qoyulsun”.


F.Heydərov açılış mərasimində iştirak edəcəyini də qeyd edib:


"Oyunların keçirilməsi sevindirici haldır. Ümid edirəm ki, bu açılış idmançılarımızın uğuru ilə nəticələnəcək”.


Gülnarə Eynullaqızı

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR