Krİmİnal

FETÖ işi ilə bağlı daha 208 nəfərin həbsinə qərar verildi

FETÖ işi ilə bağlı daha 208 nəfərin həbsinə qərar verildi
 

Ankara Cümhuriyyət Baş Prokurorluğunun FETÖ və "Paralel Dövlət Quruluşu” ilə bağlı apardığı istintaq-dindirmə prosesi çərçivəsində terrorçulara işlədikləri və onlarla mütəmadi şəkildə əlaqə saxladıqları üzə çıxan 208 nəfərin həbsinə qərar verilib.

 

Həbsinə qərar verilənlərdən 102-si Türkiyə Baş Polis İdarəsində, hərbi hava qüvvələrində , Milli Kəşfiyyat Təşkilatında, Ailə İşi və Sosial Xidmətlər Nazirliyində, Səhiyyə və Milli Təhsil Nazirliyində, Hacəttəpə və Turqut Özal Universitetlərində terrorçuların tapşırıqlarını icra ediblər.

 

Şübhəlilərin həbsi üçün Türkiyənin hüquq-mühafizə orqanları Ankara, İzmir, Adıyaman, Konya və Qaziantepdə əməliyyatlara başlayıblar.

 

Azvision.az-ın məlumatına görə, həbs olunanların hamısının Ankaraya gətiriləcəyi və istintaq çərçivəsində dindiriləcəyi bildirilir.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930