Cəmİyyət

Fərid Şahbazlı: “Hesab edirəm ki, proses bundan sonra da davam edəcək”

Fərid Şahbazlı: “Hesab edirəm ki, proses bundan sonra da davam edəcək”
 
"Dövlətin iqtisadi imkanlarının artması hər bir vətəndaşın günlük həyatında özünü göstərir”.

Sfera.az xəbər verir ki, bunu "Sherg.az”a açıqlamasında İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
 

Birlik rəhbəri vurğulayıb ki, dövlət büdcəsinə baxsaq, xüsusən də bununla bağlı cənab Prezidentin və hökumət üzvlərinin çıxışlarına diqqət yetirsək, görərik ki, büdcənin böyük əksəriyyəti sosial yönümlü məsələlərə sərf olunur:

"Əhalinin sosial rifah halının hər ötən gün daha da yaxşılaşması, maaş və pensiya təminatında yeniliklərin edilməsi heş şübhəsiz ki, sosialyönümlü dövlət modelinin zəruri etdiyi addımlardır. Cənab Prezident tərəfindən imzalanan son sərəncamlar, sosial paketin elan olunması da xalqın mənafeyi uğrunda atılmış növbəti addımdır.

Dövlət başçısı öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycanın maddi imkanları artıqca, büdcə zənginləşdikcə, hər bir vətəndaş bunu gündəlik həyatında hiss edəcək. 

Ölkə rəhbəri növbəti dəfə prezident seçildikdən sonra verdiyi hər vədi, sosial inkişafla bağlı səsləndirdiyi fikirləri, açıqladığı proqramı qısa müddətdə əməli şəkildə həyata keçirdi. Sərəncamları da məhz bu baxımdan şərh etmək lazımdır”.

F.Şahbazlının sözlərinə görə, dövlət başçısı tərəfindən atılan bütün addımlar xalqın maraqlarına, sosial-iqtisadi rifahının yüksəldilməsinə yönəlib:

"Hesab edirəm ki, proses bundan sonra da davam edəcək. Cənab Prezident bunu öz çıxışlarında da hər dəfə anons edir. 

Qısa zamanda ölkəmizdə bir neçə sahə üzrə ciddi islahatların aparılması prosesin davamlı olacağından xəbər verir. Xalqımız bütün bunları çox böyük rəğbətlə qarşılayır”.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031