Müsahİbə

Fərid Hidayətzadə: “Əsas məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi olmaqdır”

Fərid Hidayətzadə: “Əsas məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi olmaqdır”
 
Son illər ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət ayrılır.
Sahibkarların daha rahat maliyyələşməsi, xidmət alması və banka gəlmədən bir sıra
xidmətləri onlayn rejimdə, məsafədən ala bilməsi üçün banklar yeniliklər təqdim
edir. Ölkənin birinci bankı olan Kapital Bank da bu tendensiyadan geri qalmır və
geniş çeşidli bank xidmətləri və məhsullarla sahibkarlara dəstək göstərmiş olur.
Kapital Bank-da olan bu kimi yeniliklər barədə məlumat almaq üçün Baş
Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə ilə söhbət etdik.
- Fərid müəllim, son zamanlar ölkədə kiçik və orta sahibkarlığın
inkişafına böyük diqqət ayrılır. Bu sahəyə Kapital Bank da öz töhfəsini
verir. Bəs sahibkarlar niyə məhz Kapital Bank-ı seçməlidirlər?
- Bir müddət əvvəl Kapital Bank kiçik və orta sahibkarlar üçün "İşinizin bir
parçasıyıq” adlı layihəyə start verib və layihənin icrasını tam sürətlə davam
etdirir. Layihənin əsas məqsədi ölkə üzrə sahibkarlara bankın yeniliklərini,
hazırladığı daha müasir, qeyri-ənənəvi məhsullarını təqdim etməkdir.
Müştərilərimiz artıq bir sıra yeni məhsullardan istifadə edir və yaxın
gələcəkdə daha bir neçə yeni məhsul sahibkarların ixtiyarına veriləcək. Belə
ki, artıq kiçik və orta sahibkarlar, Azərbaycan bank bazarı üçün yeni sayılan
tarif paketləri, biznes overdraft (hesabda kifayət qədər vəsait olmadıqda,
müəyyən limit çərçivəsində mənfiyə çıxmaq imkanı) məhsulları və smart
kassalardan istifadə edirlər. Bu məhsullar yaradılarkən müştərilərimizin
tələb və maraqları nəzərə alınıb, onların bank xərclərinin daha optimal
şəkildə idarə etmələrinə, qısamüddətli maliyyə ehtiyaclarının
qarşılanmasına, ölkə iqtisadiyyatına daha böyük töhfələr qazandırılmasına
təkan verəcək.
- Sadaladığınız məhsullar nə kimi üstünlüklərə malikdirlər?
- Tarif paketləri bank əməliyyatlarının yerinə yetirilməsi zamanı sahibkarların
çəkdiyi bank xərclərinə nəzarət etməsi və xərclərin daha optimal şəkildə
idarə olunması üçün əlverişli həll üsuludur. Tarif paketlərinin hər hansı bir
növündən istifadə edən sahibkar, yerinə yetirdiyi bank əməliyyatlarının
həcmindən asılı olaraq çəkəcəyi xərclərin məbləğini nəinki əvvəlcədən
müəyyən edir, hətta uyğun olan tarif paketini özü seçə bilir. Hazırda Kapital
Bank-da sahibkarlara əməliyyatlarının həcmindən və əməliyyat növlərinin
müxtəlifliyindən asılı olaraq "Təməl”, "Uğur”, "İnkişaf” və "Zirvə” kimi
tarif paketləri təklif olunur. Daha çox ölkə daxili köçürmələr edən
sahibkarlar öz əməliyyatlarının həcminə uyğun olaraq "Təməl” və "Uğur”
paketlərindən istifadə edə bilərlərsə, ölkə xarici köçürmələrdən istifadə
edənlər isə əməliyyat dövriyyəsinin həcmindən asılı olaraq "İnkişaf” və
"Zirvə” paketlərindən yararlana bilərlər. Tarif paketlərindən istifadə edən

sahibkarlar standart bank tariflərinə nisbətdə 75%-ə qədər endirim əldə
etməklə yanaşı, bir çox bank əməliyyatları və məhsullarından pulsuz istifadə
etmək kimi üstünlüklər əldə edirlər.
Bu il hüquqi şəxslərin və fərdi sahibkarların qısa müddətli maliyyə
ehtiyaclarının qarşılanması məqsədilə biznes overdraft məhsulu müştərilərə
təqdim edilib. Sahibkarlar öz bank dövriyyələrinin 30%-nə qədər
hissəsindən overdraft olaraq istifadə edə və məhsuldan bəhrələnən təxirə
salınmaz ödənişlərin maliyyələşdirilməsi tez və çevik şəkildə reallaşdırıla
bilər. Qeyd edim ki, overdarft məhsulu girovsuz olaraq təklif olunur.
Daha əvvəl qeyd etdiyim kimi Kapital Bank yeni nəsil smart kassa
cihazlarını da sahibkarların istifadəsinə verib. Yeni nəsil kassalar özündə
kassa aparatının funksiyaları ilə yanaşı, POS terminal, anbar uçotu sistemi,
printer funksiyalarını və bir sıra digər özəllikləri birləşdirir. Yeni nəsil
kassalar ödəniş kartı olmadan smartfonlar vasitəsilə təmassız ödəniş qəbulu,
ekranda müştərinin imza atması və imzanın çekdə əks olunması, Barcode və
QRCode-ların skan olunması və digər funksiyaları ilə seçilirlər. Bundan
əlavə olaraq, smart kassalar müştərilərə dərhal cashback, millər və BirBank
tətbiqində ürəklər qazandırmaqla yanaşı, ödənişlərini taksitlərə bölməklə
həyata keçirmək imkanı verəcək. Xatırladaq ki, bu gün Kapital Bank-ın
BirKart taksit kartından istifadə edən 400 000 nəfərdən çox müştəri vardır
və bu istehlakçılar sahibkarların quraşdırdığı smart kassaların potensial
istifadəsinə çevrilmiş olur. Smart kassaların imkanlarından biri isə,
gələcəkdə onların Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiyası
nəticəsində məhsulun QR (sürətli məlumat) kodunun çap olunması ilə
nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10%
cashback məbləğini real rejimdə əldə etmək imkanının olmasıdır. Bu
cihazların daha bir əhəmiyyətli üstünlüyü onun bankın Müştəri Bank
sisteminə qoşularaq məsafədən idarə olunması və cihazı onlayn rejimdə
izləmə imkanıdır. Həmçinin, Bank sahibkarın istəyinə uyğun funksionalı
məsafədən cihaza yükləyə bilər.
- Müştəri Bank sistemi vasitəsilə sahibkarlar nələr əldə edirlər?
- Hazırda sahibkarların banka gəlmədən bank xidmətlərindən istifadə etməsi
məqsədilə Kapital Bank bütün sahibkarların Müştəri Bank – internet
bankçılıq sisteminə qoşulmasını təşviq edir. Müştəri Bank vasitəsi ilə
sahibkarlar həftənin 7 günü, günün 24 saatı fasiləsiz olaraq, öz
hesablarlarına nəzarət etmək, köçürmələr və bir sıra digər əməliyyatların
icrasını da həyata keçirmək imkanını əldə edirlər. Son günlərdə yeni təqdim
edilən, əmək haqqı kartlarının sifarişi və banka gəlmədən ölkə xaricinə
köçürmə əməliyyatlarını istifadə etmək kimi əməliyyatları da Müştəri Bank
vasitəsilə etmək olar. Məlumat üçün bildirim ki, Müştəri Bank-ın ən əsas
özəlliklərindən biri də əməliyyatların əksər hissəsinin ani təsdiq ilə həyata
keçməsidir. Yaxın günlərdə həmçinin Hökumət Ödəniş Portalının ödənişləri

və əmək haqqı layihəsinə onlayn qoşulmaq imkanı da müştərilərin
istifadəsinə təqdim edilib.
- Kapital Bank-la əməkdaşlıq etmək istəyən sahibkarlar hara müraciət
etməlidirlər?
- Təbii ki, bizimlə işləmək istəyən sahibkarlar bankın istənilən filialına
müraciət edə bilər. Lakin bundan başqa Gənclik, Xətai, Səbail, Nəsimi, 28
may filialları nəzdində KOS biznes mərkəzlərimiz fəaliyyət göstərir. Əlavə
olaraq qeyd edim ki, bu yaxınlarda sahibkarların daha çox cəmləşdiyi böyük
məkanda, daha konkret desək, Binə ticarət mərkəzində yeni şöbəmiz
fəaliyyətə başlayıb. Yaxın günlərdə isə Sədərək ticarət mərkəzində də yeni
filialımızın açılışı baş tutacaq. Bu filialları açmaqda məqsədimiz
sahibkarlara vahid bir mərkəzdə - "bir pəncərə” metodu ilə xidmət
göstərməkdir. Hazırda ənənəvi bank məsulları ilə yanaşı, qanunvericiliklə
bağlı hüquqi konsultasıya kimi sahibkarları maarifləndirmə istiqamətində də
tədbirlər keçirilməkdədir.
- Gələcəkdə sahibkarları hansı yeniləklər gözləyir?
- Gözlənilən yeniliklərə misal olaraq, yaxın gələcəkdə, sahibkarlar üçün
nəzərdə tutulan mobil tətbiqinin istifadəyə verilməsi də planlaşdırılır. Yeni
tətbiq sahibkarlara hesabları üzrə əməliyyatların icrası və izlənilməsini
smartfonlarından idarə etmək imkanı verəcəkdir.
İstifadəyə verilməsi planlaşdırılan yeniliklər sırasında, yeni biznes kartın,
həmçinin onlayn mühasibatlıq imkanının yaradılmasını qeyd edə bilərəm.
Bir sözlə, əsas məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi
olmaqdır.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930