Fərhad Məmmədov Olimpiya Oyunlarındakı uğursuzluğun səbəblərindən danışdı: “Püşkatma...” - MÜSAHİBƏ

Fərhad Məmmədov Olimpiya Oyunlarındakı uğursuzluğun səbəblərindən danışdı: “Püşkatma...” - MÜSAHİBƏ
Bu gün daha bir cüdoçumuz Murad Fətiyev Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. Daha əvvəl, yarışa qatılan cüdoçularımızdan Aişə Qurbanlı (48 kq), Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) da mübarizəni medal qazanmadan başa vurublar. Ümumilikdə isə, Azərbaycanın 17 təmsilçisi mübarizəni medalsız tamamlayıb. 
 
Bununla bağlı sosial mediada fikirlərini bölüşənlərin əksəriyyəti mövcud vəziyyəti təəssüf hissi ilə qarşılayıb. Çünki oyunlarda Azərbaycanı təmsil edənlərin hamısı olmasa da, bir qismi ilə bağı ümidlər var idi.

Cüdo üzrə milli komandamızın sabiq məşqçisi Fərhad Məmmədov cüdoçularımızın Olimpiya Oyunlarında iştirakı ilə bağlı fikirlərini Sfera.az-la bölüşüb. Həmin qısa müsahibəni təqdim edirik:

- Fərhad bəy, Yay Olimpiya Oyunlarını izləyirsinizmi?  Cüdoçularımızın "Tokio”dakı çıxışlarını necə dəyərləndirirsiniz?

- Təbii ki, Olimpiya Oyunları ilə bağlı səsləndirilən fikirlərlə də tanışam. Təəssüf ki, idmançılarımız hələ ki mübarizəni medalsız başa vurublar. Düşünürəm ki, hazırkı nəticələrin səbəblərindən biri olimpiya oyunlarının ab-havasıdır. Eyni zamanda püşkatma da milli komanda üçün heç də uğurlu olmadı.

- Püşkatmada əsas uğursuzluq nə idi?

- Məsələn, 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Kəramət Hüseynov 1/8 final mərhələsində gürcüstanlı Lukum Tsxvimiani ilə üz-üzə gəlib və rəqibinə ipponla məğlub olan idmançı mübarizəni dayandırmalı olub. Yaxud Azərbaycanın əsas medal ümidlərindən hesab olunan Rüstəm Orucov (73 kq) Tokio-2020-də 3-cü yer uğrunda görüşdə cənubi koreyalı dünya çempionu An Çanqrimlə, Murad Fətiyev (81 kq)  1/8 finalında Monqolustan idmançısı Səid Mollaye ilə görüşdə məğlub oldular. Həmçinin digər çəkilərdə də ikinci görüşə çətin rəqiblər düşüb. Düzdür, bu Olimpiya Oyunlarıdır və burada zəif rəqib olmur. Hər bir halda, qeyd etdiyim göstəricilər də oyunların bu cür nəticələnməsinə səbəbdir.

- Dünyada, o cümlədən ölkədə uzun müddət karantin rejimi oldu. Ola bilərmi ki, bu faktor da nəticələrə təsir etsin?

- Əlbəttə, pandemiya da idmançılarımıza təsirsiz ötüşməyib. Az da olsa bu ehtimal da mümkündür. Yəni karantin dövründə idman zallarının bağlı olması, ümumi psixoloji əhval-ruhiyyə və s. Digər tərəfdən bildiyim qədərilə, Cüdo Federasiyası ilboyu komandanı təlimlərlə, yarışlarla təmin etmişdi. Ümid edirəm ki, Azərbaycan oyunlardan medalsız ayrılmayacaq.

- Qalan cüdoçulardan hansının medal qazanma şansını yüksək qiymətləndirirsiniz?

- Cüdoçularımızdan Zelim Kotsoyev (100 kq), İrina Kindzerskaya  (+78 kq), Məmmədəli Mehdiyevin (90 kq) qazanacağına inamım var. Əsas fiziki hazırlıq olsa da, psixoloji cəhətdən özünü yaxşı hazırlayanların üstünlüyü daha çoxdur.

Xatırladaq ki, Tokio olimpiadasında Azərbaycanı ümumilikdə 44 idmançı təmsil edir. Lisenziyaların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində qazanılıb. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...