Fərhad Bədəlbəyli televiziya kanallarını tənqid etdi

Fərhad Bədəlbəyli televiziya kanallarını tənqid etdi
 

"O qədər festivallar keçiririk, vəsait ayrılır, Qarabağ məsələsinin təbliğatı üçün niyə maliyyə vəsaiti ayrılmır? Deputatlardan xahiş edirəm ki, Maliyyə Nazirliyinə təkliflər versinlər. Vəsait olmazsa, kimsə nəsə edə bilməz”.

Sfera.az  "Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin "Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli deyib.

F.Bədəlbəyli televiziya kanallarını tənqid edib:

"Məni telekanalların veriliş siyasəti çox narahat edir. Gündəlik yalnız əyləncə, boş-boş söhbətlər... Məsələn, orta ümumtəhsil məktəblərində hər gün ilk dərs zamanı Qarabağdan danışıla bilər. Bir az ciddi olmaq lazımdır, bu, bizə çox lazımdır. Elə bil, kimsə deyir ki, kef çəkin, əyləncə mərkəzlərinə gedin, Qarabağ nəyinizə lazımdır... Vəziyyət çox acınacaqlı və faciəvidir”.



OXŞAR XƏBƏRLƏR

Tanınmış rusiyalı jurnalist qiyabi HƏBS EDİLDİ

Moskvanın Basmannıy Rayon Məhkəməsi rusiyalı tanınmış jurnalist Mixail Zıqarı qiyabi həbs edib.   Sfera.az xəbər verir ki, Zıqar Rusiya Silahlı ...

Dilarə Əliyeva mərhum həyat yoldaşının son mesajından DANIŞDI: "Yazmışdı ki..."

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasının nə olduğunu açıqlayıb.   Sfera.az xəbər verir, bu barədə sənətçiyə...

Nazirlər Kabinetindən Qarabağ Universiteti ilə bağlı YENİ QƏRAR

Baş Nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının ...

Azərbaycanda neft hasilatı AZALIB - Deputat AÇIQLADI

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib...

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardı - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə he...

HƏMAS İsrailin girov mübadiləsi ilə bağlı təklifini RƏDD ETDİ 

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə&...