\"Fənərbağça\" Ersun Yanalla rəsmi müqavilə bağladı

\
Türkiyənin "Fənərbağça" futbol komandasına yeni baş məşqçi təyin olunub. 
 
Sfera.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ersun Yanalla 1,5 illik illik müqavilə imzalanıb. 

Bu, Yanalın "sarı-lacivərdlilər"ə ikinci dönüşüdür. 57 yaşlı mütəxəssis 2013-2014 mövsümündə "Fənər"i çempion edib. 

Qeyd edək ki, Ersun Yanal Fillip Kokunun istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsində çalışmış Ervin Kumanı əvəzləyib.
 

OXŞAR XƏBƏRLƏR