Fəhləlikdən böyük aktyorluğa

Fəhləlikdən böyük aktyorluğa

O, Türkiyənin ən məşhur aktyorlarından biridir. Xüsusilə, komediya janrındakı rolları daha çox yaddaşlarda qalıb. Bir neçə gündən sonra Şenər Şənin 75 yaşı tamam olur.

 

Uşaqlığı

 

Türkiyənin məşhur komediya aktyoru Şenər Şən 26 dekabr 1941-ci ildə o vaxtlar dülgərlik edən məşhur aktyor Ali Şənin oğlu olaraq dünyaya gəlib. Şenər müsahibələrinin birində ailəsi, uşaqlıq illəri və İstanbulda yaşadığı ilk vaxtlar haqqında deyirdi: "Əsl türk ailəsi idik, amma aşağı təbəqədən... Adanadan İstanbula gəlib o vaxtlar hələ yeni formalaşan Zeytunburnuna köçmüşdük. Hər tip insanla bir yerdə yaşamışam. Yəni bir az "gecəqondu” uşağıyam. Gecəqondularda böyümüşük. Uşaqkən döyülmüşük. Döyülmək o dövrdə təhsil sayılırdı, bizsə döyülməyimizin fərqində deyildik. Çünki hər kəs döyülüb məktəbə gəlirdi”.

 

Karyerası

 

Şenər Şənin məktəb illərində atası artıq aktyor idi. Şenər məktəbi bitirdikdən sonra atasının istəyi ilə müəllim olmağa qərar verib. Əvvəl İzmitdə, sonra Malazgird bölgəsinin ən ucqar kəndində müəllimlik edib, bir müddət sonra isə müəllimlikdən çıxıb teatra atılmağa qərar verib. Müəllimlik karyerası cəmi 3 il davam edib. Atası onun bu fikrinə qarşı çıxsa da, o, dediyindən dönməyib.

 

Image result for şener şen

 

İstanbul Şəhər Teatrına gedib, amma orada iş tapa bilməyib. Ona deyiblər ki, ancaq bir tamaşada əsgər kimi 20 epizod rol ifaçısından hansısa xəstələnərsə, onun yerinə səhnəyə çıxa bilər. Şenər bu təklifə çox sevinib və teatra qədəm qoyub. Bu arada o, pul qazanmaq üçün səyyar satıcı, şərf satıcısı kimi işlərdə çalışıb. Şərf satdığı ilk gün polis tərəfindən saxlanılıb. Sonra sürücülük vəsiqəsi alaraq, Kasımpaşa-Eminönü xəttində avtobus sürücüsü kimi çalışıb. Daha sonra sap zavodunda iki il fəhlə işləyib. Və hər gün epizodik rollarda çəkilən aktyorlardan xəstələnən varmı deyə teatra ayaq döyüb. Məhz bu hərəkəti teatr müdirinin xoşuna gəlib və Şenər Şən 1966-67-ci illərin teatr sezonundan etibarən İstanbul Şəhər Teatrında işləməyə başlayıb. 

 

Sənət həyatına İstanbul Bələdiyyəsinin Şəhər Teatrında səhnəyə çıxmaqla başlayıb. Atası kimi kino aktyoru olmaq istəməyən Şenər özünü teatr səhnəsində sınayıb. Amma teatrdan əldə etdiyi qazanc onu qane etmədiyindən filmlərə çəkilməyə məcbur olub. Teatrdan əlavə, dublyajdan tanıdığı rejissorlara "Epizodik rollar olsa, məni də çağırın, amma bir şərtim var, qonorarımı həmin gün verin” - deyib. Şenər ilk dəfə 1967-ci ildə çəkilən "Saxta qızlar” filmində rol alıb. Filmlərə çəkildiyi ilk vaxtlarda epizodik rollar da daxil olmaqla hər işi görüb. 5 il ərzində o, bəzi filmlərdə ancaq rəqs edib, ya da baş qəhrəmanların döyüş səhnələrində rol alıb.

 

Image result for şener şen

 

1971-ci ildə o, atasıyla birgə "Qızıl şahzadə nəhənglər ölkəsində” adlı filmdə oynayıb. 1984-cü ilə qədər ikinci dərəcəli rollarda yer alıb. Daha sonra onun baş rollara çəkilməsi məsələsi gündəmə gəlib. Amma Kamal Sunal və İlyas Salmanla birlikdə çəkildiyi filmlərdə saxtakar, dələduz obrazlarını canlandıran Şenər bu dəfə xalqın istəyini yerinə yetirməyib. "Onların istədiyini etməyəcəm, baş rolda çəkilsəm, mənim istədiyim olacaq” - deyərək Başar Sabuncunun ”Namuslu” adlı filmində ilk dəfə baş rola çəkilib. Filmdə canlandırdığı Əli Rza bəy obrazı əvvəlkilərdən fərqli olaraq işini sevən bir insan idi.  O, "Namuslu” filmi sayəsində saxtakar obrazlarıyla vidalaşaraq saf, təmiz ürəkli insanları canlandırmağa başlayıb.

 

Ertem Eğilmezin bu filmə görə ona "Əgər film məşhurlaşmasa, həyatın başlamadan bitəcək. Bir də bu cür fürsət əlinə düşməz. Amma insanların istədiyi rolları oynasan, ildə beş-altı filmə çəkilib yaxşı pul qazana bilərsən” - deyib, buna baxmayaraq "Namuslu” filmi o ilin ən yaxşı filmi seçilib və Şenər Şənin film karyerasında ikinci pərdə açılıb. O, 1993-cü ildə "Amerikalı” adlı filmdə çəkilib. Bu film Amerikada varlanan türk iş adamının başına gələn hadisələrdən bəhs edir. Nesli Çölgeçin "Züğürt Ağa” filmində saf kənd ağasını, "Milyarder” filmində lotereyadan böyük məbləğdə pul udan stansiya müdirini, "Muhsin Bəy” filmində şöhrət qazanmaq istəyən gəncə yardım edən məmur rolunu canlandırıb. Ertem Eğilmezin sonuncu filmi olan və türk tamaşaçılarının kinoteatrlarda tənqid etdiyi "Arabesk” adlı filmdə baş rolları Müjde Arla paylaşıb.

 

Image result for şener şen

 

1996-cı ildə türk kinosunda inqilab sayılan "Eşkıya” filmində Uğur Yücellə birlikdə rol alıb. Bu film o dövr üçün 2,5 milyon tamaşaçını bir araya gətirərək rekorda imza atıb.

 

Şenər bu filmdə 20 il sonra ilk dəfə öz ölkəsinə qayıdan türk iş adamı Şərəfi canlandırıb. O, 2000-ci ildə ekranlara çıxan "İkinci Bahar” adlı teleserialda da rol alıb. 2004-cü ildə "Ürək Yarası” adlı filmə çəkilib. Yavuz Turqutun rejissorluğu ilə çəkilən filmdə təqaüdçü müəllim olan Nazim obrazı ilə 42-ci "Qızıl Portağal” festivalında "Ən yaxşı kişi aktyor” mükafatını alıb. Aktyor 2007-ci ildə ssenari müəllifi Yavuz Turqut, rejissoru Ömer Varqın olan "Kabadayı” filmində də oynayıb. Onunla yanaşı, Kenan İmirzalıoğlu, Aslı Tandoğan və Rasim Öztekin kimi məşhur sənətçilərin də rol aldığı bu filmə kassalarda 10 milyon dollarlıq bilet satılıb.

 

2010-cu ildə lentə alınan baş rollarını Çetin Tekindor və Cem Yılmazın paylaşdığı "Ov mövsümü” onun oynadığı son filmdir. Şenər 2015-ci ildə "Aygaz otogaz” reklamı ilə yenidən ekranlara geri dönüb.

 

Image result for şener şen

 

Çəkildiyi filmlərdən aktyora xeyli xatirələr qalıb. Bunlardan biri Kemal Sunalla birlikdə oynadığı "Davaro” filmindəndir. Rejissor çəkilişə başlamaq üçün "motor” deyir. Filmdə Kamal Sunalın Şenər Şəni öldürməsi nəzərdə tutulur. Şenər üzünü yuyur, o arada onu öldürməyə aparan Kamal Sunalın ona gülərək baxdığını görür və gülməyə başlayır. O illərdə filmlərin maliyyəsi yüksək olduğu üçün kadrlar təkrar çəkilmirdi. Buna görə Şenər gülməyi keçənə qədər başını suyun altında tutub.

 

Şəxsi həyatı

 

Şenər Şənin ilk evliliyindən Bengü Şen adlı qızı dünyaya gəlib. İkinci dəfə 1989-cu ildə "Muhsin bey” adlı filmdə tanış olduğu Sermin Hürmereçlə ailə həyatı qurub. Ancaq bu evlilik də 1997-ci ildə ayrılıqla nəticələnib.

 

Image result for şener şen

 

Şenər Şən müsahibələrinin birində özü, ailəsi, rolları barədə danışıb:

 

- Atanız Ali Şən də aktyor idi.

 

- Atamın əsl sənəti dülgərdir. "Xalq evləri” dövründən xəbəriniz olar, o vaxt xeyli dərnək açılmışdı. Atam teatr dərnəkləri üçün dekor hazırlayarkən teatrla da maraqlanmağa başlayıb. Demək, xüsusi istedadı varmış. Adanada onu məşhur aktyor kimi xatırlayırlar. İstanbula köçəndən sonra həm dülgərlik, həm də teatra davam edib. Bunlarla yanaşı, sap zavodunda usta da işləyib. Adanadan tanıdığı Muammer Karaca da ona kömək edib. Daha sonra filmlərə çəkilməyə başlayıb.

 

- İlk tamaşanızı və rolunuzu xatırlayırsız?

 

- "Romeo və Culyetta” tamaşasında düşmən ailəyə mənsub insanlardan biri olmuşam və tək sözüm "Heyy, baxın, o burdadı” olub. Orda baş rolları Cüneyt Türel, Tijen Par bölüşürdü. Onlar haqqında "Bunlar əsl aktyordu” deyərək qibtə edirdim. Orda yüksəlməyim sürətlə baş verib. Qısa zamanda yaxşı rollarda oynamışam.

 

- Xeyli obraz canlandırmısınız, ən sevdiyiniz rol hansıdır?

 

- Mən həqiqətən rollarımı öz övladım hesab edirəm. "Namuslu”, "Eşkıya”,  "Ürək yarası” və  "Ov mövsümü” filmlərində obrazları özüm seçmişəm. Ona görə də maddi tərəfin mənimçün fərqi olmayıb. Bəzən pul üçün oynayıb, sonra da "o rol mənim övladımdır” deyirlər. Mənsə elə deyiləm. Əvvəlcədən pul danışmamışam heç vaxt. Ümumiyyətlə, hamı "Nə qədər pul alacam, çəkilişlər nə qədər davam edəcək” deyə soruşur. Mənim üçün bu, əsas olmayıb.

 

Image result for şener şen

 

- Rədd edib sonradan peşman olduğunuz rol var?

 

- Yoxdur. Oynamadığım və sonradan uğur qazanan filmlər olub. Amma mən yenə də o filmlərdə oynamazdım. O rolu alan dostlar da məndən yaxşı oynayıb. Rol almağa qərar verəndə "Obrazın öhdəsindən gələ bilərəm, ya yox” deyə fikirləşirəm. Əgər o rol mənə görə deyilsə, qarşımdakına "Bu layihə tutacaq, ya yox, bilmirəm, amma mən bu rolda uğurlu ola bilmərəm” deyirəm. Bəzən məni fikrimdən döndərmək üçün o qədər rollar yazılıb ki... Bu işi, adətən, belə də edirlər, obrazı şişirdirlər və fikirləşirlər ki, aktyor bu təklifə yox deməz. Amma film özü boşdur. Mən ssenarini oxuyanda artıq filmi görürəm. Adətən, təxminlərim düz çıxır.

 

- Xarici aktyorlardan ən çox kimi bəyənirsiz?

 

- Bütün yaxşı aktyorlara marağım var. Ad çəkmək lazımdırsa, Tom Henksi deyə bilərəm.

 

- Bəs bir aktyor kimi necə bir gələcək təsəvvür edirsiniz?

 

- Dünyada geri qayıdış mümkün olmayıb. Hələ də ümidlərimizin olduğunu düşünərək, ümidlənmək istəyirəm deyim qısaca.

 



OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...