Hadİsə

Fəhlələri daşıyan avtomobil aşdı: iki ölü, iki yaralı

Fəhlələri daşıyan avtomobil aşdı: iki ölü, iki yaralı
Göygöldə baş verən ağır yol qəzası nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb. 

Sfera.az-ın Report-a istinadən məlumatına görə, hadisə Göygöl şəhərində qeydə alınıb.
İlkin məlumata görə, rayonun təmizlik idarəsinə məxsus yük maşınının aşması nəticəsində iki nəfər avtomobilin altında qalaraq ölüb. Daha iki nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 
Meyitlərin yük maşınının altından çıxıarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. 

Sfera.az
 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31