Federasiyadan şok kitabça: \"Rus qızlarla tanış olmağın yolları...\"

Federasiyadan şok kitabça: \
Argentina Futbol Federasiyasının hazırladığı Dünya çempionatı üçün əl kitabçasında mundialı izləmək üçün Rusiyaya gedəcək argentinalılara rus qadınlarla əlaqə qurmaq üçün qeyri-adi məsləhətlər verilir.


Kitabçada "Bir rus qadınla birlikdə olmaq fürsəti əldə etmək üçün nə etmək lazımdır" başlığı altında argentinalı kişilərə məsləhətlər verilir.

Rusiyada 14 iyun - 15 iyul tarixlərində keçiriləcək turnirlə bağlı hazırlanan kitabça barədə xəbər yazırlayan argentinalı jurnalist Roberto Martinez "Argentina Futbol Federasiyası bizə bir rus qadınını necə ələ keçirəcəyimizi öyrədir" yazıb.


Bununla bağlı məlumatlar yayılandan sonra federasiya sosial mediada tənqid hədəfinə çevirilib. Federiyası rəsmilərini "axmaq" və "köhnə fikirli" adlandıran sosial media istifadəçiləri kitabçada yer alan "məsləhətləri" də paylaşıb. Onlardan bəzilərini təqdim edirik: 



* Rus qızları cansıxıcı kişilərə nifrət edir. Danışacaq bir şey tapmırsınızsa, ölkəizdən, adət-ənənələrinizdən, gündəlik həyatınızdan danışın.


* Rus qadınları əldə etmək üçün sahib olduqlarınızda və pulunuzdan danışın.


* Rus qızları da digər qızlar kimi təmizliyə, geyimə və ətirə diqqət edir. Onlar üçün ilkin təəssürat önəmlidir.


* Onlara yatılacaq qadınlar kimi davranılmasından xoşları gəlmir. Onlara xüsusi və önəmli olduqlarını hiss etdirilməsini istəyirlər.



* Onların dəyərlərinə və istəklərinə hörmət edin. Sekslə bağlı axmaq suallar verməyin. Ruslar üçün seks önəmlidir və ictimati yerdə müzakirə edilmir.


* Rus qadınlar neqativ olan, sadəcə mənfi yönləri görən kişilərdən qaçır.


*Klassik suallar verməyin, orjinal olun. Sizi daha yaxından tanımaq istəyəcəklər, suallarını cavabsız qoymayın.


* Yeni bir sima olduğunuz üçün rus həmcinslərinizə görə daha şanslı olacaqsınız. Özünüzə güvənin./Fanat.Az
 

OXŞAR XƏBƏRLƏR