Fazil Mustafa ADP sədrinə “işverən” dedi: “Müraciətə İrandan olan ağaları da imza atsın...”

Fazil Mustafa ADP sədrinə “işverən” dedi: “Müraciətə İrandan olan ağaları da imza atsın...”
 

"Çox doğru edib, müraciət edəcək”.


Sfera.az-a açıqlamasında bu sözləri ADP sədri Sərdar Cəlaloğlunun Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə bağlı prezident, Milli Məclis və Ədliyyə Nazirliyinə müraciət edəcəyinə münasibət bildirərkən deputatın özü deyib.


Deputatın sözlərinə görə, bununla S. Cəlaloğlu bir daha özünün savadsızlığı və məqsədsizliyini ortaya qoyacaq: "Bu mövzular diskusiya mövzusudur. Sərdar Cəlaloğlu indiyə qədər "işverən”lik siyasətini necə davam etdiribsə, bundan sonra da davam etdirə bilər. Prezidentə müraciət eməkdə sərbəstdirlər, hər halda Azərbaycan dövlətinin maraqlarını necə qoruduğumuzu çox gözəl bilirlər”.


Sərdar Cəlaloğlunu irançı zehniyyətin daşıyıcısı adlandıran Fazil Mustafa bu zərərli tendensiyaya qarşı bundan sonra da barışmaz olacağını vurğulayıb: "Müraciət etsin, çox gözəl olar. Araşdırdıqda məlum olacaq ki, kim Azərbaycan dövlətini gözləyən təhlükələrə qarşı mübarizə aparır, kimlərsə başqa işlərlə. Müraciəti isə təkcə özü etməsin. İrandan olan ağaları da buna imza atsın və birlikdə hərəkət etsinlər”.

 

Qeyd edək ki, deputat Fazil Mustafanın Səfəvi dövlətilə bağlı açıqlamaları geniş müzakirələrə səbəb olub. Onun mövqeyinin əleyhdarlarından olan ADP sədri Sərdar Cəlaloğlu isə Fazil Mustafanı təriqətlərarası münasibətləri qızışdırmaqda ittiham edərək deputatın fəaliyyəti ilə bağlı prezidentə, Milli Məclisə və Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirib.

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...