“Fazil Məmmədov xəstəlikdən əziyyət çəkirdi” - Deputat işdən çıxan nazirdən danışdı

“Fazil Məmmədov xəstəlikdən əziyyət çəkirdi” - Deputat işdən çıxan nazirdən danışdı
 Prezident İlham Əliyev dekabrın 5-də verdiyi sərəncamlarla vergilər naziri Fazil Məmmədov və təhsil naziri Mikayıl Cabbarovu tutduqları vəzifədən azad edib. Ölkə başçısı digər sərəncamla Mikayıl Cabbarovu vergilər naziri təyin edib. İndi ən çox müzakirə olunan mövzular eks-təhsil nazirinin Vergilər Nazirliyinə necə nəzarət edəcəyi, eyni zamanda Təhsil Nazirliyinə kimin gətiriləcəyidir.

Sfera.az xəbər verir ki, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a dəyişikliklərin gözlənilən olduğunu bildirib: "Cənab Fazil Məmmədovun xəstəliyi vardı və bundan xeyli əziyyət çəkirdi. Bununla əlaqədar olaraq, prezident belə bir sərəncamla Fazil Məmmədovu Mikayıl Cabbarovla əvəzlədi. Fazil Məmmədov təcrübəli mütəxəssis olaraq, vergi sistemində kifayət qədər islahatlar apardı, hesab edirəm ki, bu islahatlar yeni nazirin rəhbərliyilə davam etdiriləcək”.

V.Əhmədov deyib ki, Mikayıl Cabbarov müxtəlif illərdə iqtisadiyyat nazirinin müavini işləyib: "Mikayıl Cabbarov təhsil sahəsində kifayət qədər islahatlara yer ayırmışdı. Hazırda vergilər nazirliyində də islahatlar davam etdirilməlidir. Doğrudur, 2016-cı ilin sonlarında vergi sahəsində kifayət qədər islahatlar aparıldı. Əhali ilə, sahibkarlarla vergi sistemi arasında olan münasibətlərin tənzimlənməsinə böyük ehtiyac var. O cümlədən, vergi məcəlləsində dəyişikliklər edilməsinə ehtiyac var. Yəqin ki, yeni nazir öz komandasını formalaşdırdıqdan sonra cənab prezidentin tapşırığı ilə müəyyən islahatlara start verəcək. Çünki bu, indiki iqtisadi islahatlar çərçivəsində  strateji yol xəritəsində öz əksini tapıb”.

Parlament üzvü deyib ki, nazir strateji postdur, ona görə narahatlığa əsas yoxdur: "Vergilər Nazirliyində vergi sistemini bilən kifayət qədər savadlı, bacarıqlı kadrlar var. Nazirin müavini Sahir Məmmədxanov və digər müavinlər, departament rəhbərləri öz işlərinin öhdəsindən çox bacarıqla gəlirlər. Nazir strateji xəritəni müəyyən etdikdən sonra islahatları həyata keçirən bir şəxs olacaq. Ona görə də ciddi problem olacağını düşünmürəm”.
 
Təhsil naziri postuna kimin təyin olunacağına gəlinca, V.Əhmədov bunun prezident İlham Əliyevin səlahiyyətində olduğunu bildirib: "Təhsil elə bir sahədir ki, bura təcrübəli şəxsin təyin olunması çox vacibdir. Nazir vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov da təcrübəli kadrdır. O da nazir postuna gətirilə bilər. Amma dediyim kimi, bu, ölkə rəhbərliyinin qərarına bağlı məsələdir”.

OXŞAR XƏBƏRLƏR

Fatmayıda OĞURLUQ - 8 manatlıq qızıl və...

Fatmayı qəsəbəsində oğurluq olub.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyəri...

AQEM-in Baş katibi: "COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək"

COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri...

Bu MMC-yə aid yük maşını QƏZA TÖRƏTDİ - Bir nəfər öldü

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov...

Azərbaycanda tanınmış prodüserin qızı VƏFAT ETDİ - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.   Sfera.az "Axşam.az"a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun mü...

Kayrat Sarıbay: "Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir"

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət ...

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım ETDİ

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıql...