Fazil Məmmədov şəxsi istifadəsindəki 4 bahalı maşını nazirliyə qaytardı

Fazil Məmmədov şəxsi istifadəsindəki 4 bahalı maşını nazirliyə qaytardı
 Sabiq vergilər naziri Fazil Məmmədov tabeliyində olan 4 ədəd bahalı xarici avtomobil Vergilər Nazirliyinə bağışlayıb. 

Sfera.az xəbər verir ki, modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb. Və daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib. Maraqlıdır ki, qeyri-rəsmi olaraq həyata keçirilən bu proses müddətində əsasən nazir müavinlərinin istifadəsində olan həmin "Audi A 8” markalı  avtomobillərə görə eks-nazirə yüksək məbləğdə icarə haqqı da ödənilirmiş. Təbii ki, həmin vəsait Vergilər Nazirliyinin büdcəsindən silinib.

Nazir müavinlərinin istifadəsində olmuş və Fazil Məmmədovun şəxsi maşınları kimi rəsmiləşdirilımiş "Audi A 8” markalı 10 AS 712, 10 AS 713, 10 AS 714 və 10 AZ 890 dövlət seriya nömrəli avtomobillər hazırda Vergilər Nazirliyinin adına sənədləşdirilir. 

Nazirlikdə kadr dəyişikliklərinin də davam edəcəyi bildirilir...

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...