Faytonçu Nazimə yalan diaqnoz qoyan həkim danışdı

Faytonçu Nazimə yalan diaqnoz qoyan həkim danışdı

Faytonçu ləqəbi ilə tanınan müğənni Nazim Pişyarinin ona səhv diaqnoz qoyaraq yanlış əməliyyat etməkdə günahlandırdığı "ElMed” klinikasının həkimi Elman Əzimov açıqlama verib.

Axşam.az-ın məlumatına görə, "Hər şey daxil” verilişində danışan həkim kamera önünə keçmək istəməyib. O, Nazimin onun ünvanına səsləndirdiyi ittihamlarala razılaşmayıb:

"Onun dedikləri real deyil. Sadəcə, mən efirə çıxmıram. Gözləyirəm ki, bu insan dərk eləsin. Başa düşmür ki, onu ölümdən mən qurtarmışam. Mən həmin gün o əməliyyatı eləməsəydim, indi həyatda yox idi. Bir gün qabaq təcili yardım xəstəxanasına gedib. Şəxsən özü yanıma gəlib. Onkologiyadan cavab gəlib, mən sonra əməliyyata girmişəm. Mən ona qabaqcadan demişəm ki, filan problemlər ola bilər. Bizi həmin vaxt onu ölümdən qurtarmışıq. Öd kisəsinin tikilməsi söhbəti də olmayıb. Çünki əməliyyat lazerlə edilib. Əməliyyatın mərhələləri var. Bu insan bunların heç birini qəbul eləmədi. Mənim səhvim varsa, cəzamı qəbul edərəm. Peşman olmuşam ki, onu əməliyyat etmişəm. Mənim həyatımı məhv eləyib. Bizim bütün nəslimiz həkimdir. Mən Azərbaycanda 20 ilə yetişmişəm, Türkiyədə kurslar keçmişəm. Bu, mənə qarşı şantajdır”.

Nazim isə veriliş vasitəsilə Elman Əzimovu "yalançı” adlandırıb:

"Elman Əzimov yalançı adamdır. Vəkili də ona istinadən fikirlərini söyləyir. Bu adam hər gün bizdə idi. Mən özüm də məəttəl qalırdım ki, bu niyə hər gün mənə dəyməyə gəlir? Çünki bu insanın problemləri var imiş. O, ailə üzvlərimə deyibmiş ki, Nazim onkoloji xəstədir. Məni Türkiyəyə və İsrailə aparanda demirdilər ki, sən xəstəsən, deyirdilər elə-belə ürəyivi yoxlatmağa aparırıq. Onkoloq mənə baxanda dedi, bunu niyə gətirmisiz mənim yanıma? Fateh Ağalar məni sonuncu dəfə əməliyyat etməzdən əvvəl bir də yoxladılar və dedilər ki, səndə onkoloji heç nə yoxdur. İsrailə gedəcəyimi Elman həkim bilirdi. Hətta mən ona dedim ki, mənim İsraildə çoxlu həkim dostlarım var, gəl sən də mənimlə get, sənə də təcrübə olar. İndi yalandan deyirlər ki, mənim İsrailə gedəcəyimdən xəbərləri yox idi. Elman həkim evdəkilərə, şəxsən bacıma deyib ki, bunun 6-7 ay ömrü qalıb, kimyəvi terapiya olunmalıdır. Əməliyyat zamanı qanaxma olub və bunu da bizdən gizlədib. Bundan başqa, əməliyyat zamanı bu insan mənim yoldaşımı əməliyyat otağına aparıb ki, gəl bax. Belə şey harda var? Bu 4 ayda mən 14 saat narkoz aldım. Elman həkim, niyə sizin səhviniz ucbatından mən 14 saat narkoz almalıyam? Niyə sizə görə mənim 77 yaşlı anam, ailə üzvlərim sarsıntılar keçirməlidir? Səhviniz yoxdursa, niyə məni Türkiyədə, İsraildə yenidən əməliyyat etdilər?”.

Qeyd edək ki, Nazim Pişyari Elman Əzimovun ona xərçəng diaqozu qoyduğunu və öd əməliyyatı zamanı öd yollarını tikdiyini iddia edib. O, təkrar əməliyyatlarına 62 min dollar xərclədiyini bildirib və vurduğu maddi-mənəvi ziyana görə Elman Əzimovu məhkəməyə verib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...