Faytonçu Nazim sağdır:

Faytonçu Nazim sağdır: "Hələ ölməmişəm... Ayıb olsun sizə!" - Eksklüziv

Bu gün səhər saatlarında Faytonçu ləqəbi ilə tanınan müğənni Nazimin vəfat etməsi barədə xəbər yayılıb.

Sfera.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün müğənninin özü ilə əlaqə saxlayıb.

Nazim Pişyari Sfera.az-a açıqlamasında bildirib ki, yaxınları yayılan xəbərdən həyəcan keçirib:
"Bir az olar yuxudan oyanmışam. Özümü yaxşı hiss edirəm. Xəbəri yayanlara şad xəbər verin ki, hələ ölməmişəm. İndi video çəkmişəm, "Facebook" səhifəmdə paylaşacağam. Ağıllarına gələni yazıb camaatı təşvişə salırlar. Bütün qohum-əqraba, dost-tanışlar həyəcan içindədirlər. Reytinq və gündəm yaratmaq üçün bu yollara əl atmaq düzgün deyil. Ayıb olsun sizə! Allah bilsin bunlarla!"

Qeyd edək ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən müğənni arıqlaması ilə diqqət çəkib. Xəstəliyinin ağırlaşmasında azərbaycanlı həkimləri günahkar bilən müğənni son müsahibəsində səhhətinin yaxşılaşdığını deyib.
 
Gülnarə Eynullaqızı
Sfera.az

DİGƏR XƏBƏRLƏR