\"Favorit bizik\" - Luka Modriç

\
"Dünya çempionu olmaq üçün bütün titullarımı qurban verərdim. Təəssüf ki, alınamdı. Ancaq qayıdarkən Zaqrebdə insanların bayram etdiyini görəndə, üzüntümüz xoşbəxtliklə əvəzləndi".

Bu sözləri Xorvatiya millisinin kapitanı Luka Modriç deyib.

"Qızıl top" mükafatının qalibi olan "Real"ın yarımmüdafiəçisi Xorvatiya mətbuatına açıqlamasında seçmə mərhələsində millimizlə eyni qrupa düşdükləri AÇ-2020-dəki şanslarından da danışıb: "İndi qarşımızda Avropa çempionatı durur. İlk növbədə seçmə mərhələni keçməliyik. Maraqlı qrupa düşmüşük və gərgin mübarizə olacağını düşünürəm. Bəli, favorit bizik və sensasiyaya imkan vermək fikrimiz yoxdur. Ümid edirəm ki, Avropa çempionatında ən azı mundialdakı uğuru təkrarlayarıq".

Qeyd edək ki, Xorvatiya AÇ-2020-nin seçmə qrup mərhələsində ilk oyununu martın 21-də Zaqrebdə millimizə qarşı keçirəcək.
 

OXŞAR XƏBƏRLƏR