Falçılar necə olur ki, doğru xəbər verirlər?Sirri bu imiş!

Falçılar necə olur ki, doğru xəbər verirlər?Sirri bu imiş!
Şübhə yoxdur ki, cadugərlik, falçılıq və ya ekstrasenslik ən böyük günahlardandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Məidə, 90)
Azadqadin.Az zikr.az-a istinadən bildirir ki, həmçinin peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) demişdir: "(Sahibini) həlak edən yeddi əməldən çəkinin!" demiş və onlardan birinin də sehr olduğunu qeyd etmişdir". (Buxari, Muslim).
Qeybi (gələcəyi) Uca Allahdan başqa heç kim bilmir. Uca Allah buyurur: "De: "Allahdan savayı göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz!" (ən-Nəml, 65).
"De: "Allahın istədiyi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər vermək gücünə sahibəm. Əgər qeybi bilsəydim, əlbəttə, bol-bol fayda əldə etməyə çalışardım və başıma heç bir müsibət də gəlməzdi. Mən yalnız inanan bir qövm üçün nəsihət edən və müjdəçiyəm!" (əl-Əraf, 188).
Bəs necə olur ki, bəzən falçılar doğru məlumat verir? Bu məlumat çox vaxt qeybə aid yox, insanın bilmədiyi, amma şeytanların bildiyi şeyə aid olur. Məsələn, kimsə falçının yanına gələndə şeytanlar həmin insan haqqında məlumatları digər şeytanlardan (həmçinin falına baxdığı insanın şeytanından) öyrənir və falçıya vəsvəsə edərək bildirirlər. Falçı bu məlumatı həmin insana dedikdə o, təəccüblənir. Məsələn, onun şəxsi həyatı haqqında məlumatlar, və ya "sənə cadu edən filankəsdir", "itirdiyin əşya filan yerdədir" və s. Şeytanlar göydəki mələklərin gələcək işlər haqqında söhbətinə qulaq asa bilmirlər. Uca Allah buyurur: "Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar". (əs-Saffət, 8).
Gələcək haqqında verdikləri xəbərlər isə yerə enən mələklərdən eşitdikləri, bir doğruya yüz yalan əlavə edilmiş sözlərdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Həqiqətən, mələklər buludların içində yerə doğru enir və göydə verilmiş qərar bərəsində söhbət açırlar. Bu vaxt şeytanlar mə­lək­lərə oğrun-oğrun qulaq asırlar, sonra da eşitdikləri adda-budda söz­lə­ri, üs­təlik özlərindən uydurduqları yüz yalanı da bu doğru xəbərlə yanaşı kahin­lərə təlqin edirlər". (Buxari, 3210).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (Tirmizi).
Uca Allah Quranda dəfələrlə şeytanın insanın düşməni olduğunu bildirmişdir. Şeytanlar insan üçün xeyir istəməz, bu səbəbdən doğru məlumata 100 yalan qoşar, insanı küfrə, Cəhənnəm əzabına və günahlara sürükləmək üçün vəsvəsə verirlər.
Cadudan qorunmaq üçün dua yazdırmaq lazım deyil.

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...