Faiqdən Rəmişə sərt sözlər: \"Mağara psixologiyasındadır\"

Faiqdən Rəmişə sərt sözlər: \
 

Xalq artisti Faiq Ağayev həmkarı Rafiq Hüseynovun (Rəmiş) saçına boya qoyan kişi sənətçilərini tənqid etməsinə münasibət bildirib.

Milli.Az xəbər verir ki, müğənni lent.az-a açıqlamasında gitara ifaçısını köhnəfikirli adlandırıb:

"Bu sözləri deyənlər gedib, Səudiyyə kralı ilə üzbəüz otursunlar. Məkkənin keşiyində duran 80 yaşlı insanın saç-saqqalı qapqaradır. Biz səhnə adamıyıq. Səhnədədir, amma möcüzəsini yaşamır. Hələ də mağara psixologiyasındadır. 20-ci əsrin əvvəlində bu sözlər çox deyilirdi. Bunlarda başlarındakı beyin əvəzi nədir bilmirdi. Sənətə adi həyatın tələbləri ilə yanaşmaq axmaqlıqdır. Müğənniyə, aktyora filmdə öpüşdüyünə görə deyə bilməzsən, vay, ata, ana, bacılarımız var.

Onlar sənətin içində deyillər, kənarda gəzirlər. Heç vaxt da olmayacaqlar. Sənət elələrini itəliyib çıxardır. Qovulan itlər var, kənardan hürüb qaçır. Onlar elələrindəndir".


OXŞAR XƏBƏRLƏR