Maqazİn

Faiq Ağayev: "Sosial şəbəkədə yazdığım status təhrif olunub" - AÇIQLAMA

Faiq Ağayev:
Xalq artisti Faiq Ağayevin sosial şəbəkədə yazdığı status birmənalı qarşılanmayıb.

AZXEBER.COM xəbər verir ki, ifaçı Hiroşima və Naqasaki faciələrinin ildönümü münasibətilə geniş status yazıb.

Statusdan sitat: "Bu gün bəşəriyyətin ən miqyaslı, ən ağır, ən dəhşətli hərbi cinayətinin 73 ili tamam olur. 1945 ildə ABŞ-ın hərbi qüvvələri Yaponiyaynın Hiroşima və Naqasaki şəhərlərini amansızcasına yerlə yeksan etdi. Bu, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğunun ilk və yeganə nümunəsidir. Nəticədə, "Bala" və "Gonbul" adlı nüvə bombaları bir anın içində yüz minlərcə (!!!) adamın həyatına müdhiş, faciəvi son qoydu”.


Xalq artisti daha sonra faciənin nəticələri haqda fikir bildirib. O bildirib ki, dünyada heç bir müharibə və savaş əbədi deyil: 

"Zaman keçdi. İndi amerikalılarla yaponlar əməkdaşlıq, müttəfiqlik və hətta dostluq münasibətlərindədir. Eyni hal II Dünya müharibəsində milyonlarla insan itkisi vermiş SSRİ və Almaniya xalqları arasında da baş verdi. Yəni heç kim, heç bir millət, ya dövlət rəqibi ilə əbədi düşmənçilik içində yaşamır.

İfaçı daha sonra deyib ki, Azərbaycanın da torpaqları işğaldan azad ediləndən sonra qonşu dövlətlə münasibətləri bərpa etmək mümkündür:  

"Əslində, söhbəti özümüzə şamil etmək fikrindəyəm. Gün gələcək və nə vaxtsa (əlbət ki, dərhal yox) biz də XX əsrin sonundan bu günə kimi Azərbaycanın əzəli ərazisi - Qarabağı işğal altında saxlayan ermənilərlə ünsiyyətimizi bərpa edib, dövlətlərarası və insani əlaqələrimizi yenidən quracağıq. Lakin uduzmuş, haqqı tapdalanmış, ərazi bütövlüyünü təmin etməmiş Azərbaycan kimi yox. Bu yalnız və yalnız Vətənimizin qəsb edilmiş hər bir qarış torpağı düşmən tapdağından tam azad olmasından sonra baş verə bilər"

Xalq artistinin bu fikirləri bəzi saytlar və səhifələr tərəfindən təhrif edilmiş formada yayımlanıb. Belə ki, onun sözləri konteksdən çıxarılaraq paylaşılıb. 

Bu haqda AZXEBER.COM-a açıqlama verən Faiq Ağayev deyib ki, bəzi şəxslər onun fikrini təhrif edib və bu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb: "Mən çox təəsüf edirəm ki, bəzi saytlar ucuz şou ardınca qaçır, bəzi şəxslər də təəsüf ki, başlığı oxuyub, fikir bildirirlər. Çox az adam xəbərin içi ilə tanış olur, bu düzgün hal deyil. Mən sizin vasitənizlə bir daha qeyd edirəm ki, statusda bildirdiyim fikir bundan ibarətdir ki, ərazi bütövlüyümüz, əsirlərimizin azadlığa buraxılması, azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdıb, təhlükəsiz yaşamı təmin olunmayınca, heç bir münasibət bərpasından söhbət gedə bilməz. Biz sadəcə olaraq öz haqqımızı dünyadan tələb edirik, heç kimin torpağında da gözümüz yoxdur. İşğalçı ölkə öz niyyətindən əl çəksə, Azərbaycana qarşı işğal siyasətini durdursa və səhvini anlasa, hər hansısa barışıqdan söz gedə bilər". 

Xalqa artisti bir daha qeyd edib ki, o yalnız Azərbaycan haqları tanınandan sonra münasibət qurulmasının tərəfdarıdır: "Gəncənin giriş qapıları Gürcüstandadır, hərbi trofey kimi. Bəyəm Gürcüstanla dostluq etmirik? Bunlar tarixi faktdır. Biz humanist və sülhsevər xalqıq. Sadəcə dediyim odur ki, biz yalnız öz haqqımızı müdafiə etməliyik, bir daha qeyd edirəm ki, bizim heç kimin torpağında gözümüz yoxdur".
 
Sfera.az
 

AdRiver
loading...

XƏBƏR LENTİ