\"Fahişəxanalar kraliçası\" Manukyan... - Mirasa 36 erməni iddia edir

\
Türkiyədə onlarla şəxs "Fahişəxanalar kralıçası" kimi tanınan Manukyanın mirasına iddia edir.

Hazırda İstanbul Sülh Məhkəməsində Matilda Manukyanın böyük mirası ilə bağlı proses gedir.

Əvvəlcə fahişəxanalar kraliçasının mirasına 16 nəfər iddiaçı olub. İndi isə iddiaçıların sayı 36 nəfərə çıxıb.

Məhkəmə isə faktiki olaraq yeganə miras sahibi olduğunu iddia edən Kerope Çilingirin Manukyanın oğlu olub-olmadığını araşdırır.

Bu məqsədlə İstanbul məhkəməsi Vətəndaşlıq İşləri İdarəsinə sorğu göndərib. Sorğuya cavab verilənə qədər proses təxirə salınıb.

Bu arada bəlli olub ki, məhkəmədə mirasla bağlı prosesin getdiyini eşidən 16 iddiaçıdan savayı daha 20 nəfər də Manukyanın mirasından pay almaq iddiasına düşüb.

OXŞAR XƏBƏRLƏR