Fahişə sifariş verdi, xalası qızını gətirdilər - Kafedə ŞOK OLAY

Fahişə sifariş verdi, xalası qızını gətirdilər - Kafedə ŞOK OLAY
Heç şübhəsiz ki, insan alverinin ən çirkin üsullarından biri də qadın ticarətidir. Bu bəla artıq bütün dünyanı cənginə alıb. Qadın alveri ilə bağlı problemlər, qeydə alınan cinayət hadisələri ölkəmizdə də az deyil. Demək olar ki, mütəmadi olaraq aidiyyəti qurumlar bununla bağlı məlumatlar yayır, faktlar açıqlayır. Ölkəmizdə insan alveri, xüsusilə də qadın alverinə qarşı geniş mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bu problem hər il azalmaq əvəzinə artmaqdadır.

Azərbaycanda qadın alveri qadınları başqa ölkələrə daşımaqla, cinsi istismara məruz qoymaqla bitmir. Elə bu gün ölkə daxilində də qadın alverçiləri kifayət qədərdir. Həmin şəxslər müxtəlif adlarla ticarət və xidmət obyektləri açaraq orada açıq-aşkar qadın alveri ilə məşğul olurlar. Qadın ticarətinin şıdırğı tüğyan etdiyi yerlərin bir neçəsi hətta şəhərin mərkəzi hissələrindədir. Paytaxtın onlarla ərazisini saymaq olar ki, həmin ərazilərdə qadın alveri açıq-aşkar aparılır. 

Belə obyektlərdən biri də Bakı Quba yolunun 26- 27 km-də yerləşən "Türkan" kafesidir.

Azerinews/tv-nin əldə etdiyi məlumatlara görə, "Türkan"a müştəri axınının səbəbi qiymətlərin digər pritonlarla müqayisədə nisbətən münasib olmasıdır. Belə ki, moteldə bir otağın bir gecəlik qiyməti 30-50 manat arasında dəyişir. Eləcə də fahişələr 30-100 manat arasında xidmət göstərir. Motelin "özəlliyi" ondan ibarətdir ki, bura müştərilər həm özləri ilə qız gətirə, həm də kənardan fahişə sifariş edə bilərlər. 

Bir müddət əvvəl həm kafe, həm motel kimi fəaliyyət göstərən əxlaqsız yuvada qalmaqal yaşanıb. Kafeyə gələn müştərilərdən biri fahişə sifariş verib. Otağına gətirilən fahişənin doğma xalası qızı olduğunu görən gənci güclə sakitləşdiriblər. Ara sakitləşənə kimi fahişə aradan sivişib çıxa bilib. Müştəri isə obyektin sahibi Elşən Muradovu hədələyib.

Məlumatlara görə Elşən Muradov Sumqayıt polisi üçün kənar adam deyil. Məxfi məlumatları polislərə ötürən Elşənin bu baxımdan onlar tərəfindən himayə olunması deyilir.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...