Fahişə ondan qeyrətli çıxdı...

Fahişə ondan qeyrətli çıxdı...
 İlk dəfə treylerinə baxandan canıma vəlvələ düşmüşdü. Dünən də həyəcanla təqdimat gecəsinə getdim. İçimdəki təlaşın səbəbi bir zamanlar gözümün qarşısında yaşanan hadisələrin film kimi önümə çıxması idi...

Bəli, elə bizim küçəmizdə dostunun arvadı ilə görüşən Arif, ərini aldadan Samirə və hər şeydən xəbərsiz Tima var idi! Əslində, hamının həyatında onlardan var. Hər şeyi gözardına vurub, başqasında həyəcan axtaran qadınlar, riyakar Ariflər və biçarə Timalar...

Filmdə cəsarətli səhnələr boldur. Bunlardan ilki Əməkdar artist Hikmət Rəhimovun canlandırdığı Arif obrazının evdə alt paltarında pul axtardığı səhnədir. Ekran işində istifadə olunan jarqon ifadələr, söyüşlər filmin dramatik tərəfini gücləndirib. Küçə mədəniyyətindən evimizin içinə axan sözlərin istifadə olunması, stereotiplərin qırılması səmimiyyətin bol olduğu işlərin ortaya çıxmasına xidmət edir.

Aktrisa Günay Əhməd qayınanasına ana deməyə dili gəlməyən, ərinin yanında evdar qadın, sevgilisin qarşısında isə fahişə obrazı yaradan Samirəni oynayır. O, böyük cəsarət tələb edən bu obrazın haqqını sonunadək verib.

Ekran işinin ən mənfi obrazı aktyor Qorqud Cəfərin canlandırdığı Arifdir. Arif qumar borcu olan, uşaqlıq dostunun arvadıyla yatan mənəviyyatsız və sevgilisini öldürməyi gözə alacaq qədər cəsarətsiz biridir. Həm də sonda Timadan eşitdiyi "Fahişə səndən qeyrətli çıxdı” ifadəsini eşidəcək qədər alçaldılan bir obraz...

Aktyor Elşən Əsgərovun canlandırdığı İbiş isə filmin ən yazıq obrazıdır. İfritə xasiyyətli arvadından olmazın təhqirlər eşidən, qayını tərəfindən heçə sayılan İbiş Timadan da şillə yeyərək çarəsiz olduğunu bir daha sübut edir.

İbişin həyat yoldaşını isə aktrisa Səbinə Məmmədzadə canlandırıb. Yəqin ki, yer üzü və kainat belə bir ləçər qadın görməyib. Dediyinə görə, ərini alçaltmağı özünə fəxr bilən, analıq missiyasını yerinə yetirməyən ifritə obrazını oynamaq elə də çətin olmayıb.

Teatrlardan filmlərə transfer olunan Əməkdar artist Hikmət Rəhimovun canlandırdığı Arif arvadının xəyanətini öz gözləri ilə görür. O, obrazı ilə aldadılan birinin keçirdiyi hissləri tamaşaçıya tragikomik bir şəkildə elə ötürür ki, sanki bu hadisə sənin başına gəlibmiş kimi təsirdən çıxa bilmirsən. Ağız suyunun Samirənin çiyninə axdığı, içdən ağladığı səhnə isə filmin ən ağrılı hissəsidir.

Filmə rəng qatan isə aktyor Ziya Ağa və aktrisa Cəmilə Tağızadənin epizodik səhnəsidir. Bakı ləhcəsi ilə danışan cütlüyün şirin və səmimi görüntüləri ekran işinə pozitivlik qatıb.

Ekran əsərindəki rənglər, musiqilər, səs effektləri, rəssam işi çox yaxşıdır. Emil Quliyevin "İkinci pərdə”si "Pərdə”dən daha peşəkar alınıb.

Bütövlükdə bu film özünə aktyor, aktrisa deyib ortalığa düşənlərə, "Şərəfsizlərə giriş qadağandır” şüarı ilə film çəkən klipmeykerlərə sübut etdi ki, Azərbaycanda dram necə çəkilməlidir, sənətçi necə olmalıdır, performans nədir. Arif, Samirə və Timanın simasında göstərildi ki, özünüzü tərifləməklə deyil, həmin adamlar bu filmdəki aktyor oyunundan sonra yüngül bir ip alıb, özünüzü münasib yerlərdən asa bilər.


OXŞAR XƏBƏRLƏR

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...