Facebookun canlı yayımında bataqlığa girdi, sonu ölüm oldu - VİDEO (18+)

Facebookun canlı yayımında bataqlığa girdi, sonu ölüm oldu - VİDEO (18+)

Sosial mediada "like" yığmaq üçün uşağını yerə atmaqla hədələdi, "YouTube"da izləyicilərinin sayını artırmaq üçün sevgilisini öldürdü, "Facebook” canlı yayımında intihar etdi və s. Təəssüf ki, zaman keçdikcə bu tip xəbərlərlə tez-tez qarşılaşmalı oluruq. Əfsuslar olsun ki, bəzi istifadəçilər sosial şəbəkələrdəki yararlı xidmətlərdən çox yararsız, səmərəsiz məqsədlər üçün istifadə edirlər. Kimisi əyləncənin, adrenalinin "dozasını" çıxarmaq məqsədilə, kimisi də "layk" yığmaq üçün ağlalmaz yollara əl atır. Kimlərsə isə daha da irəli gedərək, intihar edəcəyini deməklə və ya intihar etməklə izləyici toplamağa çalışır.

Atalarımızın çox yerində deyilmiş bir sözü var: "Dəvə oynayanda qar yağar". İndi bu sosial şəbəkələrdəki bəzi "dəvələr" oynayanda qar yağmasa da, bəzən adrenalin artırmaq istəkləri gözlərində qalır. Əyləncə məqsədilə çıxdıqları yolda ölümlə üzləşirlər. Eynən indi təqdim edəcəyimiz videodakı şəxs kimi. 
 
Videodan da gördündüyü kimi, feysbukdan canlı yayım edən istifadəçi əyləncə məqsədilə bataqlığa tullanıb. Ancaq nəticə heç də gözlədiyi kimi olmayıb. 8 dəqiqəyə yaxın bataqlıqdan çıxmaq üçün mübarizə aparsa da düşdüyü yerdən xilas ola bilməyib. Və beləliklə əyləncə həvəsi ilə öz ölümünü yazmış olub. 
 
Enter.News sözügedən videonu təqdim edir. Əvvəlcədən qeyd edirik ki, ürəyi və əsəbləri zəif olanların, həmçinin, 18 yaşından aşağı şəxslərin izləməsi məsləhət deyil:


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...