\"Facebook\"dan Yenilik

\

2016-cı ildə "Facebook" şirkəti istənilən istifadəçi tərəfindən aktivləşdirilə bilən "Secret Conversations" funksiyasını istifadəyə vermişdi. İndi isə sosial şəbəkənin mütəxəssisləri bu təhlükəsizlik sistemini səsli və videozənglər üçün sınaqdan keçirirlər.

Sfera.az ictnews-a istinadla xəbər verir ki, "Facebook" sosial şəbəkəsi "Secret Conversations" funksiyasının imkanlarını genişləndirməyi planlaşdırır. Açıqlanmamış funksiyaları aşkar etmək üçün mobil tətbiqlərin təhlili ilə məşğul olan jurnalist Ceyn Mançun Vonqun sözlərinə görə, sosial şəbəkə "Secret Conversations" funksiyası üzərindən səsli və videozəngləri sınaqdan keçirir.

2016-cı ildə "Facebook" tərəfindən istifadəyə verilmiş "Secret Conversations" funksiyası "Messenger"də çatları kənar müdaxilələrdən qorumaq üçün onları şifrləməyə imkan verir. Sözügedən messencerdə "WhatsApp"da tətbiq edilmiş eyni şifrləmə texnologiyasından istifadə edilir.

Jurnalistlər iddia edirlər ki, "Messenger" mobil proqramında sözügedən funksiyadan istifadə üçün öz profil şəklinin üzərinə sıxmaq, "Secret Conversations" bölməsinə keçmək və bundan sonra onu aktivləşdirmək lazımdır. Nəticədə istifadəçi və mesajı qəbul edəndən başqa heç kim çata müdaxilə edə bilməyəcək. Bundan başqa, mesajlaşma yalnız seçilmiş qurğuda görsənəcək.


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...