Texnologİya

"Facebook"da yeni funksiya

"Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.

Yeni funksiya istifadəçilərə digər tətbiq və saytların sosial şəbəkə vasitəsilə paylaşdığı məlumatları görməyə və nəzarət etməyə imkan verir.

 

"İstifadəçilər "Off-Facebook Activity" sayəsində onların haqqında bizə informasiya göndərən tətbiq və saytların məlumatlarını görə biləcəklər. Əgər istifadəçi arzu edərsə, həmin informasiyanı hesabından silə bilər", - "Facebook"un məlumatında deyilir.

Söhbət tarqetinq reklamından gedir. Funksiya tədricən işə düşəcək. Ondan birinci olaraq İrlandiya, Cənubi Koreya və İspaniya sakinləri istifadə edəcəklər.

Yeni funksiyanın məqsədi insanlara sosial şəbəkənin iş prinsiplərinə dair daha çox məlumat verməkdir.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930