\"Facebook\"da tez-tez şəkil paylaşırsınız? - Psixi probleminiz var!

\

Yəqin, sizin də dostluğunuzda gün ərzində azı 4-5 şəklini paylaşan, tez-tez profil şəklini yeniləyən dostunuz var, yaxud da olub.

Ona görə olub ki, bir müddətdən sonra insan bezdiyi üçün məcbur qalıb həmin şəxsi dostluğundan çıxarmalı olur. Hətta əsəbiləşib elə insanları "qara siyahıya” (bloka) atanlar da var.

Məsələnin ən çıxılmaz forması isə həmin şəxsin dost, yaxud da qohum olmasıdır. Məcbursan ki dostluqda saxlayasan. Bu zaman da maksimum dərəcədə görməzdən gəlməyə çalışırsan. Nə vaxta kimi?

Psixoloqlar bu cür halların baş verməsini həmin insanlardakı psixoloji problemlərlə əlaqələndirir.

Psixoloq Murad İsayev bildirir ki, insan depressiv vəziyyətdə olan zaman tez-tez şəkillərini paylaşır:

"Ümumiyyətlə, sosial şəbəkələr 2-3 formada istifadə olunur. Bəzi insanlar bunu iş, bəziləri isə şəxsi məqsədlərləri üçün istifadə edir. Şəxsi mənafeyi üçün istifadə edənlər tez-tez satatuslar yazır, şəkillər paylaşır. Bu tip insanların paylaşdığı şəkillərin bir-biri ilə nə dərəcədə uzlaşdığına fikir vermək lazımdır. Normalda bir insan gün ərzində 4 fərqli əhvali-ruhiyyədə şəkil paylaşırsa, bu, onun həmin gün keçirdiyi dəyişkən psixoloji durumundan xəbər verir. İkici trəfədən, paylaşılan bu şəkillər diqqət çəkmək məqsədi daşıyır.

Bilirsiniz ki, sosial şəbəkələrdə diqqət çəkməyin əsas vasitələrindən biri də qəmgin şəkillər paylaşmaqdır. Belə şəkil paylaşan zaman insanlar nə baş verdiyini öyrənmək üçün həmin insana yazıb hal-əhvalını soruşur. Yaddan çıxan insan bir anda dostların diqqət mərkəzinə çevrilir. Bunu özünütəsdiq forması kimi də qiymətləndirmək olar. Bu cür hallar həmin insanlara psixoloji güc verir. Ümiləşdirsək, sosial şəbəkədə tez-tez şəkil paylaşmaq iki halda baş verir:

1 – Depressiv vəziyyətdə olan zaman

2 –Diqqət çəkməklə daxili rahatlıq tapmaq istəyən zaman.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...