“Facebook”da təhlükəsizliyiniz üçün on məsləhət

“Facebook”da təhlükəsizliyiniz üçün on məsləhət
10 ildən artıqdır ki, "Facebook” həyatımızın ayrılmaz parçasına çevrilib. Az qala hər gün yenilənən, inkişaf edən bu sosial şəbəkə ilə bağlı biliklərimizin artırılması da vacib şərtə çevrilir. Ən azı bunu öz rahatlığımız üçün etməliyik.

Sfera.az xəbər verir ki, Kulis.az təhlükəsizlik naminə özünüzlə bağlı silinməsi lazım olan 10 məlumatı diqqətinizə çatdırır.   

1. Telefon nömrəsi

Bir çox yöndən vacibdir. Sizin haqqınızda asanlıqla məlumat toplanmasına şərait yaradar. Hələ zəng vurub narahat edən, mesaj yazan avaralardan danışmırıq.    

2. Doğum günü

İlk baxışdan dostlarla ad günü ləzzəti çıxarmağa mane olar deyə bu məsləhəti gözardı edə bilərsiniz. Amma unutmayın, sizin ən gizli hesablarınıza gedən yollardan biri də doğum tarixinizdir.  

3. Dostlarınızın bir qismi

Oksford Universitetinin psixoloqu, professor Robert Dunbara görə, bir insanın normal ünsiyyət qura biləcəyi maksimum insan sayı 150-dir. Təbii ki, dostlarınızı 150-yə endirin demirik, amma hər halda siyahını vaxtaşırı gözdən keçirməyiniz pis olmaz.   

4. Uşaq fotoları

Öz uşaqlıq fotolarınızı yaymaqda tamamilə azadsınız, ancaq dost və qohumlarınızın uşaqlarının fotolarını yaymamaq şiddətlə tövsiyə olunur. Həmin şəxslər gələcəkdə uşaqlıq fotolarının internetdə görünməsini istəməyə bilər və belə olan təqdirdə siz onların hüquqlarını pozmuş olursunuz.

5. Məkan qeydi

Xüsusən evdə olduğunuz zaman sosial şəbəkəyə yansıyan məkan məlumatlarınızı təmizləyin. Yəqin ki, ev ünvanınızın çoxsaylı insanlar tərəfindən bilinməsi sizin üçün xoş deyil. Bunun ilk başdan ağıla gəlməyən böyük problemləri çıxa bilər.

6. Uşaqların məktəb və bağça ünvanları

Xüsusən qarışıq şəhərlərdə yaşayırsınızsa. Nə lazım? 

7. Evlilik vəziyyəti

Əlbəttə qeyd etmisinizsə silməyin. Yox yerdən narahatlığa ehtiyac yoxdur. Amma qeyd etməmisinizsə, heç vaxt etməyin. Çünki ayrıldığınız vaxt onu silmək sizə əzab verəcək.

8. Kredit kartları bilgiləri

Bu məlumatları heç yerdə vermək olmaz. O cümlədən də "Facebook”da.

9. Tətillə bağlı hər şey

Unutmayın, evinizin boş olduğunu oğruların diqqətinə çatdırırsınız. 

10. Rəhbəriniz

Xəstəyəm deyib işə gəlməyən gün "Facebook”da çıxardığınız oyunlar bir yana, emosional vaxtı yazdığınız bəzi status və şərhlər karyeranızda problem yarada bilər. 

Təbii, belə xasiyyətiniz yoxdursa, rəhbərlə dostluq sizə yalnız zövq verə bilər.     

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...