“Facebook”da bacısı ilə tanış olan oğlanı öldürənin cəzası dəyişmədi
19:19 / 08.05.2018
2523
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Mirismayıl Hüseynovun (1999-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum edilməsinə dair hökmdən verilmiş apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.
Hadisə yerinə Nəsimi RPİ 19-cu polis bölməsi və rayon prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu cəlb olunub. Təxminən iki saatdan sonra Mirismayıl Hüseynov könüllü polis idarəsinə gedərək təslim olub.
Araşdırma zamanı məlum olub ki, Hüseynov Bakı Biznes Kollecinin 1-ci kurs tələbəsi olub. Valideynləri boşanıb, o, atası ilə Bakıda, bacısı isə anası ilə İmişli rayonunda yaşayıb. Həmin gün Mirismayıl bacısının telefon nömrəsindən Ələkbərə zəng edib və onunla görüşmək istədiyini deyib.
Əsgərlikdən yeni gələn Muxtarov "Memar Əcəmi" metrostansiyasının qarşısına gələcəyini deyib. Orada onlar arasında mübahisə yaranıb və Hüseynov üzərindəki bıçaqla Ələkbərə ağır xəsarət yetirib.
Zərərçəkmişin hüquqi varisi Ülviyyə Məcidova bildirib ki, oğlunun ölüm xəbərini polisdən xəbər veriblər. Həmin gün o, dostları ilə görüşmək üçün evdən çıxıb:
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, M.Hüseynova ağır cəza təyin edilməsini xahiş edib.