Texnologİya

“Facebook”a iki milyonluq cərimə

“Facebook”a iki milyonluq cərimə

 

 

Almaniyanın Federal Ədliyyə İdarəsi "Facebook” sosial şəbəkəsini iki milyon avro məbləğində cərimələyib.

"Rosbalt” xəbər verir ki, buna səbəb "Facebook”un qanunazidd kontentlə iş haqqında hesabatlılığın dərc edilməsi qaydalarını pozmasıdır.

Almaniyanın sosial şəbəkələrdə hüquqi normaların tətbiqi haqqında qanunu rəqəmsal şirkətlərdən qanunu pozanlarla mübarizə haqqında hesabatlar tələb edir.

Hərçənd "Facebook”un 2018-ci ilin iyulunda təqdim etdiyi hesabat tam olmayıb.

Qərar hələlik qanuni qüvvəyə minməyib və şikayət edilə bilər.

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829