“Facebook” yeni xidmət tətbiq edir

“Facebook” yeni xidmət tətbiq edir
 "Facebook” şirkəti ona məxsus sosial şəbəkəyə yüklənmiş şəkil və video fayllarını başqa servislərə, o cümlədən "Dropbox” və "Koofr”a köçürə bilən yeni xidməti tətbiq etdiklərini açıqlayıb.

Sfera.az şirkətin saytına istinadən xəbər verir ki, əvvəllər qeyd olunan faylları yalnız "Google Photos”a köçürmək mümkündür.

Yeni xidməti istifadəçilər "Facebook”dakı şəxsi parametrlər vasitəsilə işə sala bilərlər. Həmçinin sözügedən materiallar daha yaxşı qorunsun deyə əvvəlcədən şəxsi parol daxil edilməlidir.

Yeni xidmətin məqsədi kimi məlumatların təhlükəsizliyi və məxfiliyinin artırılması göstərilir.

OXŞAR XƏBƏRLƏR