"Facebook" və "Twitter" azərbaycandilliləri niyə bloklayır?

Son günlər "Facebook" və "Twitter" azərbaycandilli istifadəçiləri bloklamağa başlayıb.
 
Maraqlıdır, "Facebook"da və digər qlobal resurslarda ikili standartlar varmı? Məhdudiyyət təbiq olunduqda nə etməli ?
 
Sfera.az xəbər verir ki, bu barədə sualları cavablandıran Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Facebook"un azərbaycandilli istifadəçilərin bloklanması (598 profil, 7906 səhifə, 447 İnstagram profili) ilə bağlı növbəti dəfə məlumat yaydığını, yəni şirkətin bunu gizlətmədiyini bildirib:
 
"Məlumdur ki, "Facebook" sosial resursunun bəlli qaydaları var. Xüsusən də, aqressiya, nifrət  və zorakalıqla  bağlı, müəllif hüquqları ilə, saxta səhifələrlə bağlı, trollarla, kampaniya və ya kordinasiya olunmuş fəaliyyətlər müəyyən olunduqda və ya şikayətlər olduqda məhdudiyyətlər ola bilər.
Bununla belə müşahidələr göstərir ki "Facebook"da azərbaycandilli istifadəçilərə qarşı ikili standartlar tətbiq edilir. Xüsusən də bu, son zamanlar müşahidə olunur.
 
Ümumiyyətlə, son zamanlarda Facebook və bir sıra digər qlobal resurslarda şəffaflıq, inhisarçılıq, ikili standartlarla bağlı ciddi faktlar ortaya çıxıb. 
Bir neçə gün öncə ABŞ Konqresinin "Facebook", "Amazon", "Twitter" və "Apple" ilə bağlı təxminən 500 səhifəlik bir hesabatı dərc olunub. Bu  hesabatın sonuna baxanda görmək olar ki, Konqres bu şirkətlərin hər birinin  bir neçə ayrı-ayrı qurumlara parçalanmasını təklif edib. Bu yaxınlarda bu məsələlər yenidən gündəmə gəlməlidir".

Ekspertin fikrincə sosial şəbəkələrdə bloklandıqda aşağıdakı üsullara müraciət etmək olar:
 
1. Məhdudiyyət artıq tətbiq edilibsə indiki zamanda "Facebook"la vuruşmağa, buna zaman sərf etməyə ehtiyac yoxdur. Biz bu pulsuz resurslardan sadəcə istifadə edirik. 
 
Məlumdur ki, "Facebook" elə ABŞ prezidenti Trampın səhifəsinə də məhdudiyyət tətbiq edir. FB alqoritmlərində nöqtə-vergül məsələsi nəzərdə tutulmadığından ona da zaman ayırmağa dəyməz. Sadəcə, bununla bağlı onlara etiraz bildirişi göndərin və B variantına keçin.

2. Dərhal yeni səhifə və ya profil açın, digər sosial media resurslarına yönəlin və onun populyarlaşması üçün dostlardan kömək istəyin. 

Paylaşımların məzmunu ilə bağlı məhdudiyyəti qabaqcadan göz önünə alanların yeni profilin açılmasını elə qabaqcadan etməsi faydalı olardı.
Populyar səhifə və profil sahiblərinin qabaqcadan ehtiyat variant görməsi məsləhətdir.

3. Beynəlxlaq informasiya cəbhəsi üçün "Twitter" daha faydalıdır. Populyar insanların əksəri, dünya ölkələrinin bütün rəsmi şəxsləri, tanınmışlar, vətəndaş cəmiyyətləri və informasiya cəmiyyətlərinin təmsilçiləri və s. bu platforma üzərindədir. 

Ümumiyyətlə, qlobal sosial media resurslardakı  ikili standartlardan dolayı hər bir istifadəçinin indiki anda bir neçə ictimai əhəmiyyətli sosial media resursunda aktiv olması məntiqli olardı.

4. Sosial media resurslarında məhdudiyyət əməliyyatları robotlar və süni intellekt əsasında araşdırılaraq tətbiq edilir. Odur ki, paylaşımlarınızda bu aralar çox diqqətli olun ki, robotlara "ilişməyə”  ( zorakalıqlar olan müxləif video və fotolar, şikayət oluna biləcək məlumatlar və s.) yer qoymayasınız.

5.  Paylaşımlar edəndə isə, qaydaları pozmamağa çalışın, hansısa kampaniya xarakterli fəaliyyət olarsa, çalışın orijinal kontent yaradın, özəl kontent yaratmaq problem olarsa, digər tvitləri retvit, "repost" və "share" edin, multimediadan və haştaqlardan istifadə edin və s.

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...