Cəmİyyət

“Facebook” və “Instagram” çökür?- Şok iddia

“Facebook” və “Instagram”  çökür?- Şok iddia
Dünən axşam "Facebook” və "Instagram” sosial şəbəkələrinin işində ciddi problemlər yaranıb. Sfera.az xəbər verir ki, dünyanın yarıdan çox ölkəsində eyni problem yaşanmaqdadır.
 
Hər iki şəbəkədə yaranan problemlər nədən qaynaqlanır. Bu sual  istifadəçiləri də düşündürür. Ekspert  Tural Qarayev  "Facebook” və "Instagram” sosial şəbəkələrində yaranan problemi texniki nasazlıq hesab etmir. Sfera.az saytına açıqlamasında ekspert istifadəçilərdən ehtiyyatlı olmağı tövsiyyə edir.:” "Facebook” və "Instagram” sosial şəbəkələri dünyanın ən böyük təşkilatları ilə əməkdaşlıq edirlər. Bu sistemin çökməsi və yaxud texniki problem yaranması olduqca absurd iddiadır. Hamıya bəllidir ki, hələ bir il öncə  "Facebook” MKİ ilə əməkdaşlıq etdiyini etiraf etmişdi. Hələ o zaman 500 min istifadəçinin məlumatlarının MKİ-nə ötrülməsi iddia edilirdi. Məhz "Facebook” və "Instagram” sosial şəbəkələrində  yaranan səbəblər məlumat oğurlanması və ötürülməsi anlamına gəlməlidir. Mən hesab edirəm ki, bu səbəblər istifadəçilərin bu sosial şəbəkələrdən uzaqlaşmasına səbəb olacaq. Məncə istifadəçilər  daha ehtiyatlı davranmalıdırlar.”  
 
Qeyd edək ki, "Facebook” üzrə əsas şikayətlər ABŞ, Filippin, Böyük Britaniya, Niderland, Braziliya və Perudan daxil olub. "Instagram”ın işi isə əsasən ABŞ, Britaniya, Fransa və Niderlandda iflic olub.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930