\"Facebook\" təhlükəsi: Hesablarınızı necə qoruya bilərsiniz? - Ekspertdən AÇIQLAMA

\
Müxtəlif şirkətlər - "Facebook”, "İnstagram”, "Twitter” və s. istifadəçilərin şəxsi hesablarının qorunması üçün elə də böyük tədbirlər görmürlər. Bu gün hakerlər çox asanıqla şəxslərin sosial şəbəkə hesablarını ələ keçirə bilirlər.  50 milyondan çox "Facebook" istifadəçisinin hesablarından məlumat oğurlanması da bunu sübut edir. Son günlər dünya gündəmini məşğul edən bu hadisə nəticəsində "Facebook" 70 milyard dollar itirdi.
 
Ölkəmizdə ən populyar sosial şəbəkənin "Facebook” olduğunu nəzərə alsaq, ağlımıza belə bir sualın gəlməməsi mümkün deyil: Azərbaycanlı istifadəçiləri də eyni aqibətmi gözləyir? Hesablarımızın ələ keçirilməsi təhlükəsi varmı?
 
Sfera.az-a açıqlama verən İnformasiya və Kommunikasiya Məsələləri üzrə ekspert Osman Gündüz təhlükənin hər zaman mövcud olduğunu bildirib:
 
"Azərbaycanda istifadəçilər elementar təhlükəsizlik qaydalarına əməl etmirsə, demək ki, bu təhlükə hər zaman var. Hər bir istifadəçi ayrılıqda özünün informasiya təhlükəsizliyini təmin etməlidir. Bununla yanaşı qlobal resursların da güvənliyindən çox şey asılıdır. Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında elektron təhlükəsizlk məsələsi ilə bağlı bir qurum fəaliyyət göstərir. Bu qurum tərəfindən maariflənmə işləri aparılmalı, metodiki informasiya dəstəyi hazırlanmalıdır. Bununla yanaşı problemlərin izahı verilməli, çıxış yolları göstərməlidir”. 

Nigar Məhərrəm
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR